ABŞ prezidenti Co Bayden inflyasiya ilə mübarizədə irəliləyiş əldə etdiklərini və yaydan bəri illik inflyasiyanın təxminən 30 faiz azaldığını bildirib.
Elchi.az xəbər verir ki, Bayden dünən açıqlanan fevral ayı üçün şəxsi istehlak xərcləri məlumatlarını qiymətləndirmək üçün çıxış edib.
İnflyasiya ilə mübarizələrinin hələ bitmədiyini qeyd edən Bayden bildirib:
“İnflyasiya ilə mübarizədə irəliləyiş əldə edirik. Bugünkü məlumatlar göstərir ki, aşağı işsizlik və sabit artım fonunda illik inflyasiyanın yaydan bu yana təxminən 30 faiz azaldığını deyə bilərik”.
ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, ABŞ-da şəxsi istehlak xərcləri fevral ayında 0,2 faiz artaraq bazar gözləntilərindən aşağı olub.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya göstəricisi kimi qəbul etdiyi ərzaq və enerji məhsulları istisna olmaqla əsas şəxsi istehlak xərcləri qiymət indeksi fevral ayında aylıq 0,3 faiz, illik bazarda isə 4,6 faiz artaraq, bu göstərici ilə müqayisədə yavaşlayıb.
Yeganə