Tehran Vaşinqtonla yekun saziş üzrə danışıqlara yalnız İran-ABŞ memorandumunun bir neçə bəndinin icrasından sonra başlayacaq.
Elchi.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.
“ABŞ ilə görüşün məqsədi və zərurəti olmalıdır. Əgər biz yekun saziş üzrə danışıqların başlanmasından danışırıqsa, bu, qarşılıqlı anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin yerinə yetirilməsindən asılıdır. Yaxın günlərdə biz hazırkı prosesi qiymətləndirməli və yekun saziş üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”, — deyə o, mətbuat konfransında bildirib.
Məryəm




















