İran, Rusiya və Çin Tehranda nüvə müzakirələri və İrana qarşı sanksiyaları müzakirə ediblər.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran, Rusiya və Çindən olan yüksək səviyyəli diplomatlar Tehranda ABŞ və Avropa arasında İranla nüvə müzakirələri və İrana qarşı sanksiyalar məsələsini müzakirə etmək üçün üçtərəfli görüş keçiriblər.
Məlumata görə, Xarici İşlər Nazirliyinin baş direktorları səviyyəsində keçirilən görüşdə tərəflər üç ölkə arasında müxtəlif səviyyələrdə belə görüşlərin növbəti həftələrdə də davam etdiriləcəyi barədə razılığa gəliblər.
Şayəstə Hüseynova


















