İranda magistral qaz kəmərinin “65-ci xəttində” iki partlayış baş verib, yerli rəsmilər təxribatdan şübhələnirlər. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Dövlət telekanalları partlayışların ölkədə qaz təchizatında fasilələrə səbəb olmadığını bildirir.
Qeyd olunur ki, İranın Fars, İsfahan, Çaharmahal və Bəxtiyari əyalətlərində baş verən insidentlə əlaqədar fövqəladə hallar xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib.
Havar Şəfiyeva