Ukrayna müdafiəçiləri bu ay paytaxtın onuncu hücumunu uğurla dəf etdilər.
Mayın 19-na keçən gecə Kiyevdə bütün hava hədəfləri vurulub. İşğalçılar bu dəfə şəhərə “Şahed” pilotsuz təyyarələri ilə hücum ediblər.
Elchi.az Ukrayna Televiziya Xəbərlər Xidmətinə (TSN) istinadən xəbər verir ki,
bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.
Əməliyyat məlumatları yenilənir və dəqiqləşdirilir. Sakinlərdən hava hücumu xəbərdarlığı elan edilərkən təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılıb.
Nuranə Məmmədova