İran hakimiyyəti Qətərdə keçirilən dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra həbsxanalardan 715 məhbusu azad edib.
Elchi.az xəbər verir ki, bu qərarı İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei imzalayıb.
Qeyd edilir ki, İranın məhkəmə sisteminin rəhbəri iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirib.
Xatırladaq ki, İran millisi Uels komandasına 2:0 hesabı ilə qalib gəlib. Bu, iranlıların dünya çempionatı oyunlarında iştirak tarixində üçüncü qələbəsidir.
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...





















Son şərhlər