İslandiya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və Estoniyanın xarici işlər nazirləri Ukraynaya qışa hazırlaşmaq və onun enerji infrastrukturunu bərpa etməkdə kömək etməyi öhdələrinə götürüblər.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Avropanın yeddi ölkəsinin və Ukraynanın xarici işlər nazirlərinin Kiyevdə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatında qeyd olunub.
“Biz Ukraynanın öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini təmin etmək, siyasi və praktiki dəstək vermək üçün birgə işi davam etdirəcəyik”, deyə sənəddə qeyd olunur.
“Rusiya təcavüzü dayandırmalı və qoşunlarını Ukraynanın bütün ərazisindən çıxarmalıdır”, – XİN rəhbərləri bildiriblər.
Onlar vurğulayıblar ki, ölkələri Ukrayna ərazilərinin, o cümlədən Krımın ilhaqına dair qeyri-qanuni cəhdi heç vaxt qəbul etməyəcək və Krımın işğaldan azad edilməsinə yönəlmiş fəaliyyətin birgə səylərini təsdiqləyiblər.
Yeganə