İran Mərkəzi Bankın saytına kiberhücumun qarşısını alacağını bildirib

69

İranın “Mehr” Agentliyi xəbər verir ki, İran mərkəzi bankının internet saytına və İran sosial şəbəkələrinin platformalarına irimiqyaslı kiberhücumun qarşısı alınacaq.

Elchi.az-ın News.am-a istinadən məlumatına görə, “İnfrastruktur Kommunikasiyaları” şirkətinin icraçı direktoru Əmir Məhəmmədzadə Laivardi dünən axşam baş vermiş kütləvi kiberhücumun dəf edilməsi barədə Mərkəzi Banka məlumat verib.

Laivardinin sözlərinə görə, dünən gecə Mərkəzi Bank, Bale və Rubika platformaları DDoS tipli hücumlara məruz qalıb, lakin kiberhücum dəf edilib.

O, əlavə edib ki, indiyə qədər xarici kiberhücumların ən böyük həcmi banklara və maliyyə institutlarına, internet xidmət provayderlərinə və kommunikasiya infrastrukturuna yönəlib.

Yeganə