Şəkər və buğda yükü daşıyan 40-a yaxın gəmi həftələrdir İranın “İmam Xomeyni” və “Bəndər Abbas” limanlarında yüklərini boşaltmaq üçün gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumatda İran limanlarında yük gəmilərinin gözlədilməsinin səbəbi kimi sənədləşmə və valyuta problemləri göstərilir.
İran limanlarında boşaldılmasını gözləyən malların dəyəri təxminən bir milyard dollardır.
Qeyd edək ki, İran Limanlar və Dəniz Təşkilatının ötən aya aid hesabatında sənədləşmə və ödəniş problemlərinə görə ölkə limanlarında 2,2 milyon ton yükü olan 37 gəminin gözlədildiyi bildirilmişdi.