İslam İnqilabı Keşikçiləri Korpusu hərbi təlimlər zamanı uzaqmənzilli ballistik raket buraxıb.
Elchi.az Ria.ru-ya istinadən bildirir ki, bu barədə IRPC komandiri, general-leytenant Hüseyn Salami məlumat verib.
“Rusiya Hərbi Hava Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib ki, bunlardan biri də İran Aerokosmik Qüvvələri ilə birgə həyata keçirilən uzaqmənzilli ballistik raketin uğurla buraxılmasıdır”, -deyə o, qeyd edib.
O, əlavə edib ki, İrana qarşı hər hansı addım və ya sui-qəsdin ardınca uyğun sərt cavab veriləcək.
“Bizim dəniz müdafiə və hücum qüvvələrimiz çoxlu sayda pilotsuz təyyarələr, qanadlı raketlər və indi dənizdə gəmiləri vura bilən ballistik raketlərlə müasir texnologiyaların mükəmməl kolleksiyasını nümayiş etdirir”, – deyə Salami qeyd edib.
Yeganə