İran Fransa avtomobillərinin ölkəyə qeydiyyatı və idxalına qadağa qoyub.
Elchi.az xəbər verir ki, bu barədə İranın yarı rəsmi xəbər agentliyi Tesnim-in məlumatına görə, Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.
Nazirliyin qərarı çərçivəsində Fransanın Renault, Peugeot və Citroen kimi firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, “Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimiz Avtomobil idxalı yalnız Yapon, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobilləridir
“İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, – Kalibaf bildirib.
İranın “İran Khodro” və “Saipa” kimi avtomobil istehsalçıları daha çox Peugeot, Renault və Citroen kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.
Xarici şirkətlər, xüsusilə Peugeot, Renault və Citroen kimi Fransız avtomobil istehsalçıları ABŞ-ın geniş miqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutdu.
Şayəstə