“İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, xarici işlər naziri İrəvana gedərək Ermənistana dəstək ifadə edir, yerdə qalır Tehranın Ermənistana pilotsuz uçuş aparatları satmağı. Gedişat buna doğru gedir”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Tehranın məntiqi belə olacaq: “Azərbaycan İranın düşməni İsraildən pilotsuz uçuş aparatları alırsa, biz də Azərbaycanın düşməni Ermənistana pilotsuz uçuş aparatları sata bilərik”. İsrail bizə hava sahəsini qorumağa imkan verən “dəmir günbəz” satarsa Ermənistanın Azərbaycana qarşı istifadə etməyi planlaşdırdığı İran istehsalı olan dronların faydası olmayacaq, sadəcə bu “izdivac” onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərində daha dərin çat yaradacaq. Seçim Tehranındır”.
Yeganə