Ermənistan hakimiyyəti Azərbaycanın anklavları olan kəndlərin bələdiyyə rəhbərlərinə həmin ərazilərin Bakının nəzarəti altına keçəcəyi ilə bağlı məktub ünvanlayıb.
Elchi.az xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı tanınmış erməni politoloq Edqar Elbakyan bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanın nəzarəti altına Kərki, Yuxarı Əskipara, Bərxudarlı, Xeyrimli (Kayan) kəndləri və onlara yaxın ərazilər keçəcək.
Zəngəzur vilayətinin inzibati rayon rəhbəri Xaçatur Baqdasaryan İrəvandan rayon rəhbərlərinə gələn məxfi məktublardan danışarkən qyd edib ki, bizə İrəvandan “təhlükəli əraziləri boşaldın” deyirlər, amma biz buralardan çıxmaq niyyətində deyilik.
Qeyd edək ki, Azərbaycanın anlkavları olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də geri qaytarılmayıb.
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...




















Son şərhlər