İrəvan və Bakı arasında normallaşma prosesi… – Klaar

81

Avropa Birliyi (AB) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək.

Elchi.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Toivo Klaar Münhendə Prezident İlham Əliyevlə AB Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və AB-nin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.