"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İqtidar Nardaranı dalandan çıxarır – “xilas əməliyyatı”

02 Dekabr 2015 - 09:10
in XƏBƏR LENTİ
FacebookVatsap
İqtidar Nardaranı dalandan çıxarır - “xilas əməliyyatı”

Hakimiyyət qətiyyətli addımlara başladı; Hüquq-mühafizə orqanları qəsəbəyə nəzarəti ələ aldı; Azərbaycan hakimiyyəti yaxşı anlayır ki, indi Nardaranla bağlı məkrli planlar quran xarici və daxili qüvvələrə yerini göstərməyin tam zamanıdır; İran niyə narahatdır-bir gündə üç bəyanat…

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Dekabrın 1-də səhər hüquq-mühafizə orqanları dövlət başçısı İlham Əliyevin nəzarəti altında Nardaran qəsəbəsində xüsusi əməliyyata başlayıb. Xatırladaq ki, Nardaranda ötən həftə dövlət qeydiyyatında olmayan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadənin və tərəfdarlarının həbsi zamanı 4 kənd sakininin və 2 polis əməkdaşının öldürülməsindən sonra qəsəbədə vəziyyət gərginləşmişdi.

Bir qrup isə rəsmi xəbərdarlıqlara baxmayaraq, qəsəbənin giriş və çıxışlarında barrikadalar quraraq hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmurdu. Amma noyabrın 29-da Nardaranda barrikadalar söküldü, qəsəbə camaatı baş meydanlarını boşaltdı.
Əməliyyatla bağlı rəsmi xəbərdarlıq: “Qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcəkdir”  
Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluğun dekabrın 1-də səhər birgə yaydığı məlumatda bildirilir ki, qəsəbədə gərginliyin saxlanılmasına edilən cəhdlər sakinlərin bir qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirlər.
“Göstərilənlər nəzərə alınaraq, vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə 2015-ci il dekabr ayının 1-də saat 8.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılmışdır. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir” deyə, məlumatda bildirilib.
Rəsmilər xəbərdarlıq edib ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücum edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək. 
Bundan sonra Daxili Qoşunların (DQ) xüsusi təyinatlılarının yeridilməsi barədə xəbərlər yayılıb. DQ arasında qadın polislərin olduğu da bildirilirdi.
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov musavat.com-a deyib ki, qəsəbədən çıxış yasaqlanıb: “Kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir. Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir”. N.Kərimov bildirib ki, gün ərzində evlərdə yoxlama aparılır: “Siyahı ilə evlərdə axtarış aparırlar. Yəqin ki, axtarışda olanlar var”. O, əməliyyat keçirilən zaman heç bir qarşıdurmanın olmadığını deyib. N.Kərimov əlavə edib ki, istəyən kənd sakini evdən çıxıb mağazaya gedə bilir.
Tez bir zamanda DQ “İmam Hüseyn meydanı” və qəsəbənin küçələrini nəzarət altına alıb. Qəsəbədə hər hansı videoçəkilişlər aparmaq qadağan edilib. Daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov Nardaran qəsəbəsinə gəlib, burada keçirilən əməliyyatın nəticələri ilə maraqlanıb.
Nardaranda polislə atışmada ölənlər dəfn edildi
Nardaranda hadisələri zamanı ölənlərdən üç nəfər dekabrın 1-də günorta radələrində qəsəbə qəbiristanlığında dəfn olunub. Dəfn olunanlar Nardaran qeydiyyatında olan Əkbər Babayev, Fərahim Bünyatov və Rəfael Bünyatovdur. Dəfn zamanı heç bir planlaşdırılmamış aksiya və gərginlik olmadığı deyilir.
İran niyə narahatdır? 
İranın Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda İranın Nardaranda baş verən hadisələrlə heç bir əlaqəsinin olmaması bildirilir. Bəyanatda vurğulanır ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb: “İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur”.
“Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir”. APA-nın İran bürosunun məlumatına görə, bunu İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.
Laricani deyib ki, Nardaranda baş verən hadisələr barədə eşidib: “Bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər”.
Maraqlıdır ki, bu bəyanatdan sonra İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpurun da açıqlaması yayılıb.  Virtualaz.org saytı İran hakimiyyətinə bağlı iran.ru agentliyinə istinadən  M.Həqiqətpurun Nardaranda baş verənlərlə bağlı dediklərindən bu sitatı gətirib: “Azərbaycanın hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır”.
Nardaranı necə xilas etməli?
Nardaranda  2000, 2002 və 2006-cı illərdə də mərkəzi hakimiyyətlə  ciddi qarşıdurmalar baş vermişdi. Xüsusilə 2002-ci ilin iyununda polislə kənd camaatı arasında baş verən qarşıdurmada hüquq-mühafizə orqanının 2 əməkdaşı həlak olmuşdu. Qəsəbə o zaman mərkəzi hakimiyyətdən faktiki “ayrıldı”, kənd əhalisi sahə müvəkkilinin belə səlahiyyətlərini tanımadı, ölkədə həm yerli özünüidarəetmə orqanlarına, həm də parlamentə keçirilən seçkiləri əsasən boykot etdi, kommunal ödənişləri dayandırdı. Ən son məlumata görə, Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə dövlətə 42 milyon 267 min, təbii qaza görə isə 1 milyon 376 min manat borcu var. Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub.
Borcun yaranması səbəbləri  sırasında əlbəttə ki, kənddə olan işsizliyin də ciddi rolu var. Amma bu problem təkcə Nardaranda deyil, Bakının bütün kəndləri üçün də xarakterikdir. Bu dalan  vəziyyətin yaranmasında Nardaran haqda illərdir yaranmış ictimai rəyin də rolu var. Məsələn, nardaranlılar çox az-az hallarda Bakıda işləmək istəyir, eyni zamanda onların işə götürülməsində də psixoloji baryer var. Bakının digər ətraf kəndlərindən fərqli olaraq varlı təbəqə Nardaranda məskunlaşmağa, dənizkənarı ərazilərdə villalar tikib yaşamaqda maraqlı deyil, bundan hətta açıq çəkinirlər də. 
Elə kəndin mühafizəkar hissəsi də belə hesab edir ki, varlılar burada ev-eşik tiksələr, kəndə şəhərin “Allahın xoşuna gəlməyən” mədəniyyətini  gətirəcəklər, qəsəbənin dinə bağlı əsrlərdir formalaşmış ənənəsinə xələl gələcək. Təbii ki, belə olduqda  iş adamları da qəsəbədə hansısa fabrik-zavod açmaqda maraqlı olmurlar. Halbuki əgər bu cür süni baryerlər olmasaydı, onlarla kənd camaatı heç olmasa, bağ-bağatlarda ailələrinə gündəlik gəlir yeri əldə edə bilərdilər. Belə bir vəziyyətdə əlbəttə ki, nardaranlılar nə hökumətin kəndlilərə verdiyi güzəştlərdən yararlana bilirlər, hətta banklarda kredit almaqda belə çətinliklə üzləşirlər.
Tanınmış ruhani alimlərin, mədəniyyət  xadimlərinin vətəni olan Nardaranda təhsilin səviyyəsi də narahatedici həddədir, bəzi valideynlər məktəbliləri təhsildən uzaqlaşdırır, onları yalnız şəriət qayda-qanunlarında və yanlış yöndə tərbiyə edir, bəzi hallarda qızların illərlə, ümumiyyətlə, Bakıda nə oxumasına, nə işləməsinə razı olmur, gənc nəsil kitabdan, ali təhsildən aralı düşür. Bu cür qapalı, həm də müasir Azərbaycan gerçəkliyi ilə ayaqlaşmayan gənc nəsil də yalnız “sinə döymək”, sərt şəriət qanunları ilə yaşamaq, “cihad edib cənnətə düşmək” kimi yanlış təsəvvürlərin əsirinə çevrilirlər.
 
Nardaranda ölkənin digər bölgələrində olduğu kimi, dini gələnəklərə bağlılığı qadağan edən yoxdur, məscidlər, müqəddəs ocaqlar daima dini kəsimin üzünə açıqdır. Amma Nardaran Qafqaz Müsəlmanları İdarəsini, onların təyin etdiyi axundları qəbul etmir, Dini İşlər üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamırlar. 
Nardaranda İran üləmalarını tanıyır, onların nəzəriyyələrini qəbul edirlər. Bəzən qəsəbə sakinləri hətta ölkəmizin nazirlərinin, elm adamlarının adını bilmədiyi halda, uzaq ölkələrdəki din xadimlərinin bütün həyatını incəliklərinə kimi öyrənirlər, onlardan iqtibaslar gətirirlər.
Dini komitənin sədri Mübariz Qurbanlı bugünlərdə bildirib ki, Nardaranda məscidlər hələ də qeydiyyatdan keçməyib: “Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə QMİ-nin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
QMİ və Dini Komitə ilə əməkdaşlıq edilməməsi  Nardaranda müqəddəs ziyarətgahların təmirini də çətinləşdirir. Təkcə Nardarana deyil, Azərbaycanın nadir tarixi-dini abidələri dövlət qayğısından kənarda qalır. 
“Nardaranın mərkəzində Azərbaycan bayrağı asıldı -  Video
Şeyxin də, hökumətin də dini siyasətini qəbul etməmək olar. Həm Şeyxin, həm də iqtidarın dini siyasət baxımından yanlışları var. Amma bunu “sizi yox, filan ölkənin mollasını tanıyırıq”, “Azərbaycanın qanunlarını  yox, İran mollalarının qaydaları ilə yaşayacağıq”, “biz polisə tabe olmuruq”, “işıq pulu vermirik” kimi  tələblərlə qəsəbənin yollarını bağlamaq nə mübarizədir, nə problemlərdən çıxış yolu. Əlbəttə, nardaranlıların ayrıca götürülmüş statusu ola bilməz, nə dinə bağlılıq, nə sosial problemlər, nə daş-kəsək toplamaq, barrikadalar qurmaqla  Azərbaycan hakimiyyəti ilə danışıq dili ola bilməz. Azərbaycan iqtidarının siyasətini bəyənməmək, hətta ona qarşı barışmaz mövqedə olmaq olar. Amma bu fəaliyyət  Azərbaycan qanunlarına, konstitusiyasına uyğun olmalıdır.
Dünya və Azərbaycan Nardaranda ilk aksiyaların başladığı 2000-ci ildən bəri çox dəyişib. İŞİD və digər terror qruplaşmaları İslam adı altında pərdələnərək dünyanın ən inkişaf etmiş ölkələrinə meydan oxuyurlar. Azərbaycan hakimiyyəti də yaxşı anlayır ki, indi Nardaranla bağlı məkrli planlar quran xarici və daxili qüvvələrə yerini göstərməyin tam zamanıdır. Nardaranı dalandan çıxarmaq lazımdır.
Previous Post

İqtidar Nardaranı dalandan çıxarır – “xilas əməliyyatı”

Next Post

Ərdoğan: “Moskvanın mövqeyi diplomatiyadan kənardir”

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

Ərdoğan: "Moskvanın mövqeyi diplomatiyadan kənardir"

Ərdoğan: "Moskvanın mövqeyi diplomatiyadan kənardir"

Son xəbərlər

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.