"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib

30 Aprel 2026 - 16:58
in SİYASƏT
FacebookVatsap

Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupu yaradılır.

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Elchi.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclasında bildirilib.

Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov Komissiyanın iclasını açaraq bildirib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlayıb.

Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyən etmiş və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.

Qeyd edilib ki, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalıb. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı dünya ölkələrinin böyük əksəriyyətinin nümayiş etdirdiyi birgə səylərə Azərbaycan öz töhfəsini vermişdir. Məhz Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi – “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensusun əldə olunmasına nail olunmuşdur. Bakıda qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi, habelə “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası”nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilmiş və həmin təqdimatların ətrafında müzakirələr aparılmışdır.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələlələri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir.

O öz çıxışında vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi tərəfindən Komissiya üzvləri 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) nəticələri və Azərbaycan tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Eyni zamanda, 2026-cı il 9–20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 sessiyasına hazırlıq işlərinin aidiyyəti qurumlar tərəfindən vaxtında başlanmasının zəruriliyi vurğulanıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Previous Post

54 milli futbol assosiasiyası İnfantinonun 2027-ci ildə FİFA prezidentliyinə namizədliyini dəstəklədi

Next Post

Xamenei: “Nüvə və raket texnologiyaları İranın milli sərvətidir”

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Next Post
Xamenei: “Nüvə və raket texnologiyaları İranın milli sərvətidir”

Xamenei: "Nüvə və raket texnologiyaları İranın milli sərvətidir"

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.