Böyük Britaniya səlahiyyətliləri qəbul edilən qaçqınların sayını ildə 20.000-ə qədər məhdudlaşdıra bilər. Elchi.az bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, baş nazir Rişi Sunak siyasi səbəblərə görə vətənini tərk edən insanlara Böyük Britaniyaya təhlükəsiz və qanuni giriş yolu təklif etmək niyyətindədir. İndi belə bir mexanizm Ukrayna, Əfqanıstan və Honq-Konqdan olan insanlar üçün işləyir, qaçqın ailələrinin birləşdirilməsi üçün vizalar və daha ümumi köçürmə sxemi də mövcuddur.
Eyni zamanda, qəzet qeyd edir ki, yeni marşrut ölkə tərəfindən qəbul edilən qaçqınların sayının məhdudlaşdırılmasını ehtiva edir. Limitin hər il 20 min nəfər olacağı güman edilir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunakın miqrasiya böhranı ilə əlaqədar ölkəni Avropa İnsan Haqları Konvensiyasından çıxarmağa hazır olduğu bildirilirib. “The Times” qəzetinin yazdığına görə, Mərkəzi Asiyadan Avropaya köçmək istəyənlərin çoxluğu səbəbindən 2023-cü ildə qeyri-qanuni miqrasiya ötən illə müqayisədə 50 faiz arta bilər.
Havar Şəfiyeva