İngiltərəyə immiqrasiya rekordu! 

68

Britaniya Milli Statistika İdarəsi ölkəyə immiqrasiya hesabatını dərc edib. Hesabata görə, keçən il İngiltərəyə xalis immiqrasiya rekord 606 minə yüksəlib.
Elchi.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi bu artımın Avropa İttifaqı  xaricindən İngiltərəyə işləmək və ya təhsil almaq üçün gələnlər, Ukrayna və Honq-Konqdan xüsusi viza proqramları ilə gələnlərin hesabına olduğunu bildirib.
Bununla belə, Britaniya Milli Statistika İdarəsi keçən il immiqrasiyada rekord artıma baxmayaraq, son aylarda immiqrasiya nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara işarə edib.
Britaniya Milli Statistika İdarəsi 2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəldiyini, 557 min insanın isə ölkəni tərk etdiyini açıqlayıb.
Xalis miqrasiya ölkəyə gələn əhalidən ölkədən gedən əhalinin sayını çıxmaqla əldə edilir.
Ölkəyə gələn xalis immiqrantların sayı 2021-ci ildə 488 min olaraq qeyd edildib.

Nuranə Məmmədova