İngiltərədə tacqoymaya böyük hazırlıq: Təhlükəsizlik artırıldı!

110

İngiltərə kralı III Çarlzın sabah keçiriləcək tacqoyma mərasiminə hazırlıq davam edir. Bir çox ilklərə ev sahibliyi edəcək mərasimdən əvvəl Bukingem Sarayı ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Mərasimin təfərrüatları paylaşılarkən, mərasimdə kimlərin iştirak edəcəyi və mərasimə qatılmaqdan imtina etdiyi məlum olub.
Elchi.az xəbər verir ki,İngiltərə kilsəsinin ruhani lideri Kanterberi arxiyepiskopunun rəsmi ofisi Bukingem Sarayı və Lambeth Sarayından verilən məlumata görə, sabah keçiriləcək tacqoyma mərasiminin təfərrüatları açıqlanıb.
70 ildən sonra ölkədə keçiriləcək ilk tacqoyma mərasimi olan mərasim, 1300-cü illərdə hazırlandığı düşünülən Liber Regalisdəki (Kral Kitabı) təfərrüatların yerinə yetirildiyi bir mərasim olacaq.

Sabah keçiriləcək mərasim üçün Kral III Çarlz yerli vaxtla saat 10:20-də ailə üzvləri və əsgərləri ilə Bukingem Sarayını tərk edəcək və təxminən 3 kilometrlik yürüşə başlayacaq.
Mərasimin kilsəyə gedən hissəsində kralı 1400 əsgərdən ibarət kortej müşayiət edəcək. Kral saraydan ayrıldıqdan sonra ilk olaraq sarayın qarşısındakı The Mall Street-i gəzəcək, daha sonra Londonun simvolik yerlərindən biri olan Trafalqar meydanına çatmaq üçün Admiralty Arch-ın altından keçəcək.

Buradan kortej Baş nazirliyin və bəzi nazirliklərin yerləşdiyi Whitehall Street-ə qayıdacaq və küçənin sonunda Britaniya Parlamentinin yerləşdiyi Parlament Meydanına gələcək.
Kortej meydanın qərb hissəsində yerləşən Vestminster Katedralinə doğru gedərkən mərasimdə iştirak edəcək kral və kortej kafedrala daxil olacaq.

Nuranə Məmmədova