Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası baş tutub.
Elchi.az-ın “Ntv.com.tr”-yə istinadən verdiyi məlumata görə, Türkiyə lideri qeyd edib ki, bu gündən etibarən bütün dünya yüksək inflyasiya reallığı və işsizlik təhlükəsi ilə mübarizə aparır.
Onun sözlərinə görə, Türkiyə öz iqtisadi modeli sayəsində bu təhlükələri aşmağı bacarıb:
“Təbii ki, inflyasiya göstəricilərimizin yüksək olması təəssüf doğurur. Amma burada əsas diqqət yetirilməli olan məqam inflyasiyanın səviyyəsinin ümumi iqtisadiyyata təsiridir. Biz bütün təbəqələrin gəlir səviyyəsini yüksəltməklə inflyasiya rəqəmlərinin xalqımızın həyatına mənfi təsirlərini aradan qaldırmağa çalışmaqla yanaşı, inflyasiyanın azaldılması istiqamətində də tədbirlər görürük”.
Şayəstə