İndoneziyada keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, yeni prezident müdafiə naziri Prabovo Subiantodur.
Elchi.az xəbər verir ki, yerli vaxtla saat 13:00-da seçki məntəqələri bağlandıqdan sonra səslərin 90 faizinin hesablandığı ölkədə Coko Vidodonu əvəz edəcək yeni prezident açıqlanıb.
Qeyri-rəsmi nəticələrə görə, hazırkı keçmiş general və müdafiə naziri 72 yaşlı Prabovo Subianto ən azı 58,5 faiz səs toplayaraq ölkənin yeni lideri olub.
Subiantonun rəqibləri, iki keçmiş qubernator Anies Basvedan 25 faiz, Gəncər Pranovo isə təxminən 17 faiz səslə yarışda məğlub olub.
Yeni prezident oktyabrın 20-də and içəcək.
Nuranə Məmmədova