15 avqustda İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 53-ə çatıb.
Elchi.az xəbər verir ki, hakimiyyət orqanları bildirib ki, İndoneziyanın Flores bölgəsində baş verən zəlzələdən sonra çatmaq çətin olan ərazilərdəki dağıntıların əksəriyyəti təmizlənib və yollar yenidən açılıb.
Elektrik kəsintilərinin axtarış-xilasetmə əməliyyatlarına mane olduğunu qeyd edən rəsmilər zəlzələdə həyatını itirənlərin sayının 53-ə çatdığını, 135 nəfərin yaralandığını bildiriblər.
Şərqi Nusa Tenqara əyalətinin qubernatoru Melki Laka Lena da axtarış-xilasetmə, təxliyə, səhiyyə xidmətləri, sığınacaq, nəqliyyat və infrastruktur işlərini sürətləndirmək üçün 14 günlük “fövqəladə vəziyyət” elan edib.
Şayəstə





















