İndoneziyanın Maluku əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki,ABŞ Geoloji Xidməti 5,7 bal gücündə zəlzələnin episentrinin Maluku şəhərinin Tual şəhərindən 158 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
İlk təsbitlərə görə, 10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Digər tərəfdən İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu yerli vaxtla saat 16.19-da baş verən zəlzələnin gücünü 6 bal olaraq açıqlayıb.
“Sakit okean od halqası” adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.
Nuranə Məmmədova