"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

“İndi onlar vahimə içərisindədir“ – Məhərrəm Əliyev

29 Aprel 2015 - 10:37
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Məhərrəm_Əliyev_(general)Məhərrəm Əliyev son erməni təxribatlarının səbəbini açıqladı

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Azərbaycan Ordusu istənilən an Ali Baş Komandanın əmri ilə torpaqlarmızı erməni işğalından azad etməyə hazırdır.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev bəyan edib.

“Bu gün biz tam əminliklə deyə bilərik ki, bizim torpaqlarımızı işğaldan azad etməyə, Azərbaycanın suverenliyini bərpa etməyə qadir olan ordumuz var. Xalqımız və ordumuz Ali Baş Komandanın bu haqda əmrini gözləyir”, – deyə M.Əliyev “Xalq qəzeti”nə müsahibəsində bildirib.

M.Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının müdafiə qüdrətinin və silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması məqsədilə ordunun maddi-texniki təminat səviyyəsi gündən-günə yaxşılaşır, ordumuz ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilir.

“Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və məhvetmə imkanına malik silahlarla təchiz edilib. Ordumuzun döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumundan müdafiə sistemləri, zirehli maşınları, tankları və artilleriya qurğuları var”, – deyə şöbə müdiri vurğulayıb.

O qeyd edib ki, bu qədər üstünlüyə malik ordusu olmasına baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır, səbr və təmkinlə ərazi bütövlüyümüzün təmin olunmasına qan tökülmədən nail olmaq istəyir.

“Düşmən ordusunda isə nizam-intizam get-gedə zəifləyir. Bir çox erməni əsgərləri qorxu, vahimə içərisindədirlər. Onlar işğal olunmuş ərazilərdə qulluq etmək, hədər yerə ölmək istəmirlər. Bizim ordumuzda xidmət edən əsgər və zabitlərdə ruh yüksəkliyi, mənəvi-psixoloji durum Ermənistan ordusundan müqayisə olunmayan dərəcədə yüksəkdir. Əgər erməni əsgəri ucuz, boş və mənasız yerə müharibə edib, səbəbsiz şəkildə ölmək istəmədiyini bəyan edirsə, Azərbaycan əsgəri nəyin bahasına olursa-olsun işğal altında olan torpaqlarımızı azad etməyə, lazım gələrsə, canını belə qurban verməyə hazır olduğunu bildirir”, – deyə M.Əliyev bildirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulması halları artıb. Bunun bir çox səbəbləri var. Onun fikrincə, xüsusilə Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycana qarşı erməni basqınları və torpaqların işğalı onların arxasında duran iri dövlətlərin ölkəyə qarşı yürütdüyü təzyiq və təcavüzkar siyasətin təzahürü kimi meydana gəlib.

“Dünyada mövcud olan ermənipərəst dairələr Azərbaycanın müstəqil siyasət yeritməsindən, günü-gündən öz iqtisadi və hərbi qüdrətini artırmasından açıqdan-açığa narahatlıq keçirir və bütün vasitələrlə erməni kartını yenidən işə salır. Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır, bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir və bizə qarşı təzyiq mexanimləri işə salınır”, – deyə M.Əliyev qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi ölkənin son dərəcə ağır, çıxılmaz iqtisadi, siyasi və mənəvi böhran vəziyyətini ört-basdır etmək, erməni xalqını aldatmaq və çaş-baş salmaq üçün cəbhədə müxtəlif təxribatlara əl atır.
“Hazırda erməni xalqı anlayır ki, Ermənistan Respublikası tam iflas olmaq və öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. İqtisadi böhran, qeyri-sabitlik, aclıq və fəlakətlə üzləşən xalqın tələbləri artdıqca Ermənistan rəhbərliyinin müharibə çağırışları da artır və qarşıdurmaya yeganə çıxış yolu kimi baxırlar. Onlar günü-gündən güclənən və döyüş qabiliyyəti artan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəklərini bilirlər, həm də dərk edirlər ki, sabah onlar üçün daha ağır olacaq. Məhz buna görə də atəşkəsi pozmağa can atırlar ki, bölgədə vəziyyət qarışsın və onların havadarları köməyə gəlsinlər”, – deyə M.Əliyev vurğulayıb.

Previous Post

“İndi onlar vahimə içərisindədir“ – Məhərrəm Əliyev

Next Post

Moskva Qarabağı Türkiyəyə təklif edir – Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Moskva Qarabağı Türkiyəyə təklif edir - Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)

Moskva Qarabağı Türkiyəyə təklif edir - Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.