Pakistanın keçmiş baş naziri İmran Xanın mitinqində ona atəş açan şəxs Xanın insanları aldatdığını hesab etdiyi üçün onu öldürmək istədiyini deyib.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, “Dawn” qəzeti onun sözlərindən sitat gətirib:
“Mən yalnız İmran Xanı öldürmək istəyirdim, başqa heç kimi” .
Şübhəli şəxs təkbaşına hərəkət etdiyini də bildirib.
Bundan əvvəl İmran Xanın partiyasının tərəfdarlarının yürüşü zamanı atışma zamanı ayağından yaralandığı bildirilirdi.
Tədbir zamanı naməlum şəxs Xanın olduğu avtomobilə atəş açıb. Polisin məlumatına görə, atəş açan şəxs saxlanılıb.
Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür
İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...






















Son şərhlər