İmişlidə bıçaqlanma hadisəsi baş verib

🗓 03.11.2015 15:10 ✍️ "Elçi" qəzeti
İmişlidə bıçaqlanma hadisəsi baş verib
5d77721e07ba219652c362fdfeb78d05İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Xəqani Qənbərli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Şakir Babayev tutulub. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar