"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İmamoğlu iddialı danışdı: Bay Kamal istefa verəcək?

30 May 2023 - 16:10
in DÜNYA
FacebookVatsap

Türkiyədə keçirilən prezident seçkilərindən sonra cəmiyyətdə Millət İttifaqının namizədi və CHP-nin sədri Kamal Kılıçdaroğlunun istefası, Əkrəm İmamoğlunun onun yerinə gəlməsi məsələsi müzakirə edilir.

Bunu da oxuyun

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

Elchi.az xəbər verir ki, bununla bağlı “Hürriyyət” qəzetində tanınmış yazar və jurnalist Əbdülqədir Selvinin “Kılıçdaroğlu istefa edəcəkmi, İmamoğlu namizəddirmi?” adlı yazıda bəhs olunub.

Məqalədə Kılıçdaroğlunun istefa verməyəcəyi qeyd edilib və bunların səbəbləri sadalanıb:

“Seçki gecəsi sədr müavinləri Kılıçdaroğluna öz istefa ərizələrini vermək istəyiblər. Kılıçdaroğlu isə “İstefa üçün hələ tezdir, birlikdə hərəkət edərik” cavabını verib. Kamal Kılıçdaroğlu partiyanın səlahiyyətli orqanlarını toplayacaq, öncə Mərkəzi İdarə Heyətinin iclası keçiriləcək, sonra isə Partiya Məclisini bir yerə yığacaq. CHP rəhbərliyi Kılıçdaroğlunun sədrliyini müzakirə etməmək üçün çalışır. “Kılıçdaroğlu uğursuz deyil, tam əksinədir. 1977-ci il seçkilərində 42% səs alan Əcəvitdən belə çox səs almağı bacardı” tezisini müdafiə edirlər. Əcəvit 42% səsi yalnız CHP olaraq toplayıb. Lakin Kılıçdaroğlunun aldığı səsin içərisində İYİ Partiyasının, HDP (indiki YSP – red) , DEVA, Gələcək və Demokrat Partiyası ilə Ümid Özdağın səsləri var. Ona görə müqayisə etmək olmaz. CHP 48% yox, 25% səs toplaya bildi. Amma bu, Kılıçdaroğlu komandasının meylini əks etdirməsi baxımından maraqlı idi.

Kılıçdaroğlu istefa verməyəcək. Seçki gecəsi çıxışında da “Yürüşümüz davam edir. Ayaq üstündə və buradayıq” deyərək istefaya getməyəcəyinin siqnalını vermişdi. Seçkini uduzan yox, qələbə qazanan bir lider kimi danışdı. Kamal Kılıçdaroğlunun qarşıdakı həftə qurultay qərarını açıqlaması gözlənilir. CHP-də qurultaya hazırlıq və keçirilməsi məsələsi seçkilərə görə dayandırılıb”.

Selvi Əkrəm İmamoğlunun CHP sədri olması məsələsinə də toxunub:

“Seçkilərin üzərindən 24 saat keçməmiş Əkrəm İmamoğlu CHP sədrliyinə iddialı olduğunun ilk siqnalını verdi. İmamoğlu “Kimsə narahat olmasın, hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən tək şey dəyişməkdir” açıqlaması verdiyi zaman CHP kulisləri hərəkətə gəldi. İmamoğlu seçki gecəsi CHP binasında Kılıçdaroğlu ilə görüşüb. Bunun nə demək olduğunu bilmirəm. Amma prezidentliyə namizəd olması Kılıçdaroğlu tərəfindən əngəllənən Əkrəm İmamoğlu CHP sədrliyinə iddia etsə, işlər qarışacaq. İstanbuldakı sərmayə sahibləri İmamoğlunu CHP-yə sədr etmək istəyir. Əkrəm İmamoğlunun qarşısında üç əngəl var: Birincisi, YSK (Ali Seçki Qurumu) üzvlərini təhqir etdiyi üçün məhkəmə tərəfindən 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilib. İş Apelyasiya Məhkəməsindədir; ikincisi, Əkrəm İmamoğlu sədrlik üçün bələdiyyə sədrliyindən istefa versə, Bələdiyyə Məclisində çoxluq AKP-yə keçəcək; üçüncüsü, 9 ay sonra bələdiyyə seçkilərində namizədləri Kılıçdaroğlu müəyyən edəcək. Ona görə də bələdiyyə sədrləri Kılıçdaroğlu ilə ziddiyyətə girməməyə çalışır”.

Previous Post

İmamoğlu iddialı danışdı: Bay Kamal istefa verəcək?

Next Post

Ukrayna məhkəməsi: “Zelenskiyə cinayət işi açılsın”

Bənzər yazılar

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

17 Noyabr 2026 - 21:29

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi...

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

17 Noyabr 2026 - 19:50

İran 12 və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

17 Noyabr 2026 - 19:47

"An-12" hərbi təyyarəsi Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi ərazisində qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə regionun qubernatoru İlya...

İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

17 Noyabr 2026 - 19:46

İsveç, Böyük Britaniya və Ukrayna Kiyevə verilməsi planlaşdırılan "Gripen" qırıcı təyyarələri üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək. Elchi.az  xəbər verir...

Next Post
Ukrayna məhkəməsi: “Zelenskiyə cinayət işi açılsın”

Ukrayna məhkəməsi: "Zelenskiyə cinayət işi açılsın"

Ukrayna məhkəməsi: “Zelenskiyə cinayət işi açılsın”

Ukrayna məhkəməsi: "Zelenskiyə cinayət işi açılsın"

Son xəbərlər

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

17 Noyabr 2026 - 21:40
Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

17 Noyabr 2026 - 21:29
Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

17 Noyabr 2026 - 21:28
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir

Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir

17 Noyabr 2026 - 19:53
Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

17 Noyabr 2026 - 19:50
Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

17 Noyabr 2026 - 19:47
İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

17 Noyabr 2026 - 19:46
Bakıda gecə 14 saatdan uzun olacaq

Bakıda gecə 14 saatdan uzun olacaq

17 Noyabr 2026 - 19:24
Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazandı

Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazandı

17 Noyabr 2026 - 19:12
Ankarada “Nizami” simfoniyası təqdim ediləcək

Ankarada “Nizami” simfoniyası təqdim ediləcək

17 Noyabr 2026 - 18:57
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib – VİDEO

17 Noyabr 2026 - 18:46
Rusiya sərhədi yaxınlığında NATO-nun yanacaqdolduran təyyarəsi görülüb

Rusiya sərhədi yaxınlığında NATO-nun yanacaqdolduran təyyarəsi görülüb

17 Noyabr 2026 - 18:34
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

17 Noyabr 2026 - 18:22
Əfqanıstanda 155 kiloqram narkotik həb müsadirə edilib

Əfqanıstanda 155 kiloqram narkotik həb müsadirə edilib

17 Noyabr 2026 - 18:15
Ağ Ev: ABŞ Vaşinqtona İran hücumu ilə bağlı real təhdid görmür

Ağ Ev: ABŞ Vaşinqtona İran hücumu ilə bağlı real təhdid görmür

17 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.