İlon Maskın sərvəti iki gündə 11 milyard dollar artıb

43

Bloomberg: İlon Maskın sərvəti məhkəmədə ifadə verən iki gündə 11 milyard dollar artdı.
Elchi.az xəbər verir ki, Amerikalı milyarder Elon Musk qiymətli kağızlar qanunlarını pozduğuna görə məhkəmə qarşısına çıxdığı cəmi iki gündə təxminən 11 milyard dollar zənginləşib. Bu barədə Bloomberg məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, Twitter mikrobloqlar şəbəkəsinin sahibinin sərvəti onun məhkəmədə ifadə verdiyi günlərdə, yəni 2023-cü il yanvarın 20 və 23-də kəskin şəkildə artıb. İlon Maskın sərvəti hazırda 145,2 milyard dollardır.

Şayəstə