"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

İlham Əliyev Mərkəzi Banka yeni sədr TƏYİN ETDİ

13 Aprel 2022 - 17:10
in İQTİSADİYYAT
ilham əliyev imza

ilham əliyev imza

FacebookVatsap

Bunu da oxuyun

Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-cü il fevral ayından 2006-cı ilin sentyabradək davam edən dövrdə Taleh Kazımov “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

2006-cı il sentyabr ayından 2007-ci ilin yanvarınadək T. Kazımov “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. Sonra isə 2007-ci ilin iyul ayınadək “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ilin avqust ayından isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

07.12.2011-ci ildən Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.

Eyni zamanda 2015–2019-cu illərdə o, “PAŞA Yatırım Bankası” A.Ş.-də Direktorlar Şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar Şurasının üzvüdür.

Taleh Kazımov 2019-cu ildə “EMEA Finance” tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə “Ən yaxşı baş icraçı direktor (The Best CEO)” mükafatı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Taleh Kazımov bu ilin aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

Previous Post

İlham Əliyev Mərkəzi Banka yeni sədr TƏYİN ETDİ

Next Post

Bakıdakı prezident seçkisini Makron qazandı

Bənzər yazılar

Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

17 Noyabr 2026 - 17:28

Bu ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Elchi.az Əmlak...

Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq

Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq

17 Noyabr 2026 - 16:49

Gələn il üçün ehtiyac meyarı məlum olub. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan...

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

17 Noyabr 2026 - 16:41

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

İSF-nin xərcləri 319 milyon 200 min manata çatacaq

İSF-nin xərcləri 319 milyon 200 min manata çatacaq

17 Noyabr 2026 - 16:35

Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elchi.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, İşsizlikdən...

Next Post
Bakıdakı prezident seçkisini Makron qazandı

Bakıdakı prezident seçkisini Makron qazandı

Mirzoyan Ceyhun Bayramovla söhbətinin detallarını AÇIQLADI

Mirzoyan Ceyhun Bayramovla söhbətinin detallarını AÇIQLADI

Son xəbərlər

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

17 Noyabr 2026 - 21:40
Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

17 Noyabr 2026 - 21:29
Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

17 Noyabr 2026 - 21:28
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir

Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir

17 Noyabr 2026 - 19:53
Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

17 Noyabr 2026 - 19:50
Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb

17 Noyabr 2026 - 19:47
İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

İsveç, Britaniya və Ukrayna “Gripen” üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

17 Noyabr 2026 - 19:46
Bakıda gecə 14 saatdan uzun olacaq

Bakıda gecə 14 saatdan uzun olacaq

17 Noyabr 2026 - 19:24
Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazandı

Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazandı

17 Noyabr 2026 - 19:12
Ankarada “Nizami” simfoniyası təqdim ediləcək

Ankarada “Nizami” simfoniyası təqdim ediləcək

17 Noyabr 2026 - 18:57
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib – VİDEO

17 Noyabr 2026 - 18:46
Rusiya sərhədi yaxınlığında NATO-nun yanacaqdolduran təyyarəsi görülüb

Rusiya sərhədi yaxınlığında NATO-nun yanacaqdolduran təyyarəsi görülüb

17 Noyabr 2026 - 18:34
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

17 Noyabr 2026 - 18:22
Əfqanıstanda 155 kiloqram narkotik həb müsadirə edilib

Əfqanıstanda 155 kiloqram narkotik həb müsadirə edilib

17 Noyabr 2026 - 18:15
Ağ Ev: ABŞ Vaşinqtona İran hücumu ilə bağlı real təhdid görmür

Ağ Ev: ABŞ Vaşinqtona İran hücumu ilə bağlı real təhdid görmür

17 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.