"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev: “Dünya təhdidlərin üsulları daha mürəkkəb xarakter alır”

20 İyul 2018 - 13:52
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

İlham Əliyev Buxarada səfərdədir

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına məktub göndərib.
Elchi.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:“Hörmətli iclas iştirakçıları! Sizi Azərbaycanda salamlayır və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının işində uğurlar arzulayıram. Bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir. Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin edib. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artıb.

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar. Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir. Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk.

Daxili İşlər Nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır. Bu gün Azərbaycan, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir. Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcək”.

Previous Post

İlham Əliyev: “Dünya təhdidlərin üsulları daha mürəkkəb xarakter alır”

Next Post

Avtomobillərin güzgü və maqnitofonlarını oğurladılar

Bənzər yazılar

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əlamətdar...

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31

Pakistanın ordu komandanı Asim Munirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti avqustun 24-də Tehrana səfər edəcək. Elchi.az xəbər verir ki, bu...

Next Post
Avtomobillərin güzgü və maqnitofonlarını oğurladılar

Avtomobillərin güzgü və maqnitofonlarını oğurladılar

Avtomobillərin güzgü və maqnitofonlarını oğurladılar

Avtomobillərin güzgü və maqnitofonlarını oğurladılar

Son xəbərlər

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

24 Avqust 2026 - 16:58
Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

24 Avqust 2026 - 16:45
Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

24 Avqust 2026 - 16:37
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

24 Avqust 2026 - 16:16
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

24 Avqust 2026 - 16:10
Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

24 Avqust 2026 - 12:25
Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

24 Avqust 2026 - 12:12
Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

24 Avqust 2026 - 11:30
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

24 Avqust 2026 - 11:21
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

24 Avqust 2026 - 11:14
Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10
Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

24 Avqust 2026 - 11:07
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.