İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı - Foto

🗓 15.10.2023 21:42 ✍️ "Elçi" qəzeti
İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Elchi.az xəbər verir ki, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi. Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Bənzər yazılar