"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyevlə Obama razılığa gəldi

16 İyul 2015 - 15:44
in XƏBƏR LENTİ
FacebookVatsap

İlham Əliyevlə Obama razılığa gəldi

Bunu da oxuyun

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Yüksək rütbəli amerikalı məmurun ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və koordinatoru Amos Hakştaynın Bakıya bu yaxınlardakı sensasion səfəri və onun prezident İlham Əliyevlə qapalı danışıqları Azərbaycan dövlət başçısının hökumətin iclasındakı sensasion çıxışının kölgəsində qaldı.
Görünən budur ki, İ.Əliyevin çıxışı iqtisadiyyatın məhz təcili dövlət müdaxiləsinin tələb olunduğu seqmentlərdə yeni sistemli islahatların müjdəçisi oldu. Ölkənin daxili siyasi həyatında çoxdan gözlənilən bu hadisə Azərbaycanın gələcəyinə əhəmiyyətli təsir göstərəcək digər vacib hadisəni – Amerika hökuməti nümayəndəsinin Bakı səfərini bir qədər kölgədə qoydu.
A.Hokştayn İ.Əliyevin qəbuluna hansı məqsədlə gəlmişdi?
Azərbaycan hakimiyyətinə yaxın mənbələrdən məlum olub ki, amerikalı diplomat Azərbaycan prezidenti ilə təkcə enerji sahəsindəki strateji əməkdaşlıq məsələlərini müzakirə etməyib. Hərçənd ki, A.Hokştayn Bakıda Vaşinqtonun Cənub Qaz Dəhlizinə, kobud desək, “Azərbaycanın Avropa borusu”na qeyd-şərtsiz və birmənalı dəstək verdiyini bəyan etdi və bu, ekspertlərin nəzərindən yayınmadı.
Obamanın nümayəndəsi iki ölkənin hökumətləri arasındakı mübahisələr dövründə unudulmuş bu məşhur Amerika tezisini də dönə-dönə vurğuladı, təkrarən dilə gətirdi: “Vaşinqton Azərbaycanın strateji tərəfdaşı və dostu kimi…”
Amerikalı məmurlar rəsmi Bakının ünvanına çoxdan idi belə danışmırdı. Rusiyanın enerji nəqli arteriyalarına alternativ olan Azərbaycan marşrutu diversifikasiya konsepsiyasını yaymağa və qəbul etdirməyə hər vəchlə çalışan ABŞ-ın strateji maraqları çərçivəsinə daxil olsa da amerikalı məmurların dilindən çoxdan idi belə təriflər və pozitiv ritorika eşidilmirdi. Səbəb nədir?
Səbəb odur ki, A.Hokştayn İ.Əliyevlə təkcə enerji paketini müzakirə etməyib (yeri gəlmişkən, Dövlət Departamentinin nümayəndəsi açıq mətnlə dedi ki, Vaşinqton Azərbaycanın enerji layihələrini bundan sonra da dəstəkləyəcək). A.Hokştaynla İ.Əliyev həm də Azərbaycan və ABŞ hökumətləri arasındakı münasibətlərin normallaşdırılması fonunda genişmiqyaslı strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
A.Hokştayn Azərbaycan prezidenti ilə Barak Obamanın adından danışıq aparıb. İlham Əliyevə çıxış nöqtəsinə – strateji tərəfdaşlıq və möhkəm dostluğa qayıtmağı təklif edirlər. Bəlli olan budur ki, iki ölkə arasındakı sərt qarşıdurma təşəbbüskarı Azərbaycan hökuməti yox, ABŞ administrasiyasıdır. Mənasız və amansız “soyuq müharibə”ni Əliyev yox, amerikalılar başlamışdı və qızışdırırdı. Məhz bu ölkə özünün aparıcı KİV-lərində və kobud desək, öz nəzarətindəki ölkələrin mətbu orqanlarında Azərbaycan prezidentinə qarşı heç bir əsası olmayan kampaniya aparırdı.
Azərbaycan bütün bu müddətdə Vaşinqtona tabe olan resursların açıq-aşkar təhqiramiz xarakterli hücumlarına sadəcə cavab verib. Qərb mətbuatında qərbli oxucuların çoxunun heç adını da eşitmədiyi bir ölkə haqqında yüzlərlə məqalənin öz-özünə, necə deyərlər, özbaşına peyda olması barədəki arqumentlər isə heç ən adi tənqidə də dözməyəcək qədər zəifdir. Bu məqalələrin peyda olması sosial sifariş deyildi, istisnasız olaraq siyasi qərar, siyasi çıxış idi.
İndi isə Vaşinqton dostluq əlini uzadır. İ.Əliyev bu jesti qəbul etdi, ona tərəf uzanan bu əli sıxdı. Bu zaman keçmişə qayıtmaq istəmədi. Bəs keçmişdə nə olub? Bu illər ərzində Vaşinqtona Bakı ilə anlaşmaqda nə mane olub?
 
Qısaca desək, Corc Buşun prezidentliyinin sonlarından başlayaraq ABŞ administrasiyası Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın aydın gündəliyini elan etmişdi. Söhbət energetika, təhlükəsizlik və… belə deyək ki, demokratiya sahəsindəki tərəfdaşlıq və əməkdaşlıqdan gedirdi. İlk iki məsələ ilə bağlı tərəflər arasında heç bir ziddiyyət, mübahisə və anlaşılmazlıq yaranmadı.
Məhək daşı rolunda çıxış edən faktor üçüncü məsələ idi – məşhur demokratiya məsələsi. Qərb liberal dəyərlər sisteminin qlobal xarakter daşıdığını əsas götürən amerikalılar daxili siyasi məsələlərlə bağlı əsla qəbul oluna bilməyən tələblər irəli sürməyə başlamışdılar. Özü də həyasızcasına. Amerikalılar Azərbaycanın 90-cı illərin sonlarının reallıqlarına xas beynəlxalq vəziyyətə, daha dəqiq desək, beynəlxalq konyukturaya uyğunlaşmış siyasi sisteminin demontajını çox gec fərq etmişdilər. Qərb özü siyasi liberalizmdən imtina edən kimi Azərbaycanın da demokratiyanın beşiyi olan bu ölkənin təcrübəsini əsas götürməkdən savayı yolu qalmadı.
Çoxəsrlik demokratiya ənənələrinə malik bir ölkə – ABŞ dünyanın hər yerində MKİ-nin məxfi eksperimental həbsxanalarını yaratmağa, orada işgəncələrin ən qəddar üsullarını sınaqdan çıxarmağa başladığı bir vaxtda Şərq ölkəsi və yeni dövlət olan Azərbaycanı liberalizmin və demokratiyanın avanqardı rolunda təsəvvür etməyin özü belə çətindir. Elə deyilmi?
Bundan əlavə, Qərbin, ilk növbədə isə ABŞ-ın mövqeyində məntiqdən uzaq bir təmayül sezilməyə başladı: Qərb sisteminə hazır olmayan ölkələrə münasibətdə məntiqsiz bir seçim tətbiq olunurdu.
Vaşinqton demokratiyanın olmamalı olduğu ölkələri seçib ayırdı: Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir və s. Sonra da inqilabın mütləq qalib gəlməli olduğu ölkələri müəyyən etdi. Bu ölkələrin siyahısına isə heç kimin gözləmədiyi halda öz tərəfdaşı və dostu olan ölkəni – Azərbaycanı da daxil etdi. Rəsmi Bakının bütün qınaq və iradları rədd edildi, arqumentləri dinlənilmədi, izahatlarına qulaq asılmadı. Azərbaycana münasibətdə diktat, hədə və açıq şantaj dili seçildi. Azərbaycanın elan olunmamış bu müharibə çağırışını ləyaqətlə qəbul etməkdən başqa hansı yolu qalırdı ki?!
Rəsmi Bakı irimiqyaslı hücumları dəf edirdi. Əsas tezisi isə bu idi ki, ölkənin daxili siyasi işlərinə qarışmaq qəbulolunmazdır.
Bu üzücü və permanent “soyuq müharibə” illərlə davam etdi. Bu savaş müxtəlif forma və şəkillərdə – qarşılıqlı ittihamlar, ifşa, şantaj və hədələr – getdi. Lakin hamı başa düşürdü ki, heç bir ölkənin milli və dövləti maraqlarına uyğun gəlməyən bu mənasız qarşıdurma nəhayət sona çatmalıdır, bunun bir sonu olmalıdır. Bu dramatik tarixçənin finalı bizim gözlərimiz önündə baş verdi.
Vaşinqton kompromis və dostluq təklif etdi. Əliyev buna razılıqla cavab verdi. Bunun elə səhəri gün Müdafiə Nazirliyi Pentaqon və NATO ilə hərbi-strateji əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan etdi.
ABŞ səfirliyinin hərbi attaşesi Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüş keçirdi. Şübhə yoxdur ki, sonra yeni siyasi təşəbbüslər də olacaq. Azərbaycan hökuməti Qərblə status-kvonu və Heydər Əliyev dövrünün xarici siyasət doktrinasını bərpa etmək məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Əlbəttə, biz Azərbaycanın taleyindəki yeni tarixi dönüşün şahidi olduq. Bəs Qərbin digər hissəsi ilə – “qoca Avropa” ilə münasibətlər necə qurulacaq?
Azərbaycan Vaşinqtonla permanent “soyuq müharibə” zamanı böyük hesabla Avropa ölkələrinin mütləq əksəriyyəti ilə dayanıqlı və kifayət qədər möhkəm münasibətlərini saxlaya bildi. Mərkəzi və Şərqi Avropanın bütün ölkələri rəsmi Bakının etibarlı dayağıdır, energetika strategiyasına stavka həddən artıq yüksəkdir. 
Üstəlik Merkel Almaniyası istisna olmaqla Qərbi Avropa ölkələri tərəfindən də qarşılıqlı münasibətlərdə xüsusi kolliziya müşahidə  edilmədi. Şübhəsiz ki, Vaşinqtonla yeni ittifaq kansler Almaniyasını Əliyev hökuməti ilə münasibətlərə yenidən baxmağa sövq edəcək. Onsuz da Frank-Valter Ştaynmayer başda olmaqla alman hökumətinin nüfuzlu hissəsi Merkeli Bakı ilə münasibətlərdə aqressiv ritorikanı istisna etməyə inandırmağa səy göstərir.
İlham Əliyevin İtaliyaya bu günlərdə etdiyi işgüzar səfər isə nümayiş etdirdi ki, Avropa KİV-lərinin Bakıdakı Avropa Oyunları ərəfəsində Azərbaycanı nüfuzdan salmağa yönəlmiş bütün səyləri heçə enib. Həm İtaliya prezidenti Serjio Mattarella, həm baş nazir Matteo Rentsi Azərbaycan prezidentini çox isti qarşıladılar.
Səfərin protokol baxımından işgüzar xarakter daşmasına baxmayaraq İ.Əliyevi rəsmi səfər səviyyəsində qarşıladılar.  Və İtaliya başçısı prezidentlə söhbətində onu ilk qitə oyunlarının möhtəşəm təşkil edilməsinə və uğurla keçirilməsinə görə təbrik etdi. Əliyevin italyan furoru Avropa Oyunları ərəfəsində təşkil edilmiş anti-azərbaycan kampaniyasının tam iflasa uğradığını bir daha göstərirdi.
Və əgər bura digər iri regional oyunçularla və strateji tərəfdaşlarla – dost Rusiya ilə, qardaş Türkiyə ilə şəksiz ki, Əliyev, Putin və Ərdoğan arasında şəxsi etimada söykənən yüksək səviyyəli münasibətləri, habelə rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına  partnyor statusunda qoşulmağa hazır olmasını əlavə etsək, əsas nəticəyə gələrik – prezident İlham Əliyev Heydər Əliyevin xarici siyasət balansına və çoxvektorlu diplomatiyasına sadiq qalır.
Və nəhayət, bu günlərdə Amerika ilə İran arasında bağlanmış sülh paktı fonunda bunu da qeyd etmək lazımdır ki, yalnız İlham Əliyevin dünya şahmat taxtasında çoxgedişli kombinasiyası sayəsində Azərbaycan hədsiz böyük təzyiqlərə baxmayaraq qonşu İranla münasibətlərini qoruyub saxlaya və yeni səviyyəyə qaldıra bildi. Hansı ki, Tehranla münasibətlərdə Qərbdən və Yaxın Şərqdən qızışdırılan kolliziyalar gələcəkdə böyük başağrısına səbəb ola bilərdi. Axı Azərbaycanı 2000-ci illərin əvvəllərində İranın təcrid olunmasına cəlb etməyə necə səylər göstərilirdi. Azərbaycan isə müxtəlfi avantüralara uymadı və regional təhlükəsizlik sisteminin möhkəmləndirilməsi üçün bütün mümkün olan və olmayan səyləri göstərdi.
Bakı ətrafında geosiyasi gərginliyi yalnız Vaşinqtonla münasibıətlərdəki böhran şərtləndirirdi. Ancaq İlham Əliyevin dəqiq ölçülüb-biçilmiş, düzgün hesablanmış və ardıcıl xarici siyasət kombinasiyası sayəsində dünyanın ən güclü ölkəsi ilə – Birləşmiş Ştatlarla da münasibətlərdəki böhran arxada qaldı. Azərbayan yenidən Vaşinqtonun yaxın tərəfdaşıdır… Bax belə! 

 

Previous Post

İlham Əliyevlə Obama razılığa gəldi

Next Post

Azərbaycanda 24 437 işsiz müəllim var

Bənzər yazılar

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin...

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək. Elchi.az -ın məlumatına...

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri...

Next Post

Azərbaycanda 24 437 işsiz müəllim var

Azərbaycanda 24 437 işsiz müəllim var

Son xəbərlər

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.