"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İlham Əliyev zavodun açılışında iştirak etdi

04 Noyabr 2022 - 19:30
in GÜNDƏM
FacebookVatsap

13:27

Bunu da oxuyun

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.

Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə zeytunçuluq kompleksinin yaradılması ilə bağlı görülən işlər barədə videoçarxı izləyib.

“Abşeron Zeytun Bağları” MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Sonra dövlət başçısı ərazidə zeytun ağacı əkib.

Prezident İlham Əliyev avtobusla kompleksin ərazisini gəzib.

“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır Prezident İlham Əliyevə ərazidə salınmış zeytun bağları barədə məlumat verib.

Qeyd edilib ki, layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb. Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb.

Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur.

Prezident İlham Əliyev: Keçən il məhsul yığmışdınız?

“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır: Bəli, keçən il də yığmışıq. Bu il gözləniləndən çox məhsul var. Bütün dünyada quraqlıq və müxtəlif səbəblərdən məhsuldarlıq az olarkən, biz bu il, İnşallah, hədəfimizi üstələyəcəyik. Çox gözəl bir il yaşayırıq. Hələ dördüncü ilimizdəyik.

Prezident İlham Əliyev: Bir hektardan nə qədər məhsul yığırsınız?

Murat Küçükçakır: Hədəfimiz bir hektardan on ton məhsul almaqdır. Bu il 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir. Burada gözəl bir komandamız var. Birlikdə gözəl işlər, gözəl əməkdaşlıq şəraitində çalışırıq. Mən bu komanda ilə birlikdə bu gözəl işi görməkdən çox məmnunam.

Prezident İlham Əliyev: Çox gözəl. Bu, daxili tələbatı nə qədər ödəyəcək?

Rəmzi Şükürov: Cənab Prezident, biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq.

Prezident İlham Əliyev: Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq.

Rəmzi Şükürov: Cənab Prezident, artıq burada təbiət formalaşıb.

Prezident İlham Əliyev: Əlbəttə, iqlimə də müsbət təsiri olacaq, təbiətə də, insanların sağlamlığına da.

Məlumat verilib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva burada olub və zeytun bağlarının salındığı ərazidə ilk zeytun ağacını əkib.

Qeyd olunub ki, bağların suvarılması məqsədilə İsrailin “Netafim” şirkəti ilə əməkdaşlıq çərçivəsində tam avtomatlaşdırılmış suvarma sistemləri qurulub.

Sonra Prezident İlham Əliyevə zavodda görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal olunur.

Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış olub.

Diqqətə çatdırılıb ki, müəssisədə istehsal olunan məhsullardan nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz olunub və məhsulların mövcud tələblərə uyğunluğu təsdiq edilib.

Dövlət başçısı zavodu işə salıb, istehsal prosesi və laboratoriyaların işi ilə tanış olub.

Azərbaycan Prezidentinə kompleksdə istifadə olunan “New Holland” texnikası barədə məlumat verildi. Bildirildi ki, dünyanın qabaqcıl texnologiyası olan “New Holland” kombaynı ilə zeytun toplama Azərbaycanda ilk dəfə məhz “Abşeron Zeytun Bağları” MMC-də həyata keçirilir.

Prezident İlham Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış olub.

Məlumat verilib ki, ərazidə Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq çərçivəsində illik min ton xam zeytun qəbul etmə imkanı olan süfrəlik zeytun emalı sahəsi qurulub. Gələcəkdə fermentasiya çənlərinin sayını artırmaqla istehsal sahəsində məhsul buraxılışını illik 2 min tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə yaşıl, qara, çəyirdəkli və çəyirdəksiz, dilimlənmiş, içlikli, əzilmiş və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün imkanlar mövcuddur.

Prezident İlham Əliyev İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşüb.

İtaliyadan olan mütəxəssislər dövlət başçısı ilə görüşməkdən məmnunluqlarını ifadə ediblər.

Müəssisədə yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev bu sahənin perspektivlərindən danışaraq deyib: Azərbaycan, eyni zamanda, zeytun və zeytun yağı istehsal edən, ixrac edən ölkələrin ailəsinə qoşulacaq.

İtaliyalı mütəxəssis: Siz bu ailəyə yüksəksəviyyəli zavodla daxil olacaqsınız, birmənalı şəkildə. Birbaşa əsas liqaya keçəcəksiniz.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada – Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq.

İtaliyalı mütəxəssis: Biz Sizə xidmət və dəstək göstərmək üçün buradayıq.

Prezident İlham Əliyev: Ola bilsin ki, yaxın gələcəkdə bizə istehsalı genişləndirmək lazım olacaq. Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada – Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var.

Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.

Previous Post

İlham Əliyev zavodun açılışında iştirak etdi

Next Post

Ərdoğan İstanbulda simit payladı – Foto

Bənzər yazılar

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Elchi.az-a Müdafiə...

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16

Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən...

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib. Bu barədə Elchi.az-a...

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

12 Noyabr 2026 - 16:45

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç...

Next Post
Ərdoğan İstanbulda simit payladı – Foto

Ərdoğan İstanbulda simit payladı - Foto

Ərdoğan İstanbulda simit payladı – Foto

Ərdoğan İstanbulda simit payladı - Foto

Son xəbərlər

Peru sahillərində zəlzələ baş verib

Peru sahillərində zəlzələ baş verib

13 Noyabr 2026 - 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31
“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12
Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

13 Noyabr 2026 - 20:11
“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

13 Noyabr 2026 - 20:07
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

13 Noyabr 2026 - 20:05
AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

13 Noyabr 2026 - 19:15
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

13 Noyabr 2026 - 19:02
NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

13 Noyabr 2026 - 18:54
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

13 Noyabr 2026 - 18:47
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

13 Noyabr 2026 - 18:38
Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

13 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.