"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyev S-300 raketlərinə baxış keçirdi

11 Noyabr 2015 - 14:54
in XƏBƏR LENTİ
FacebookVatsap

sssss

Bunu da oxuyun

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış oldu. Məlumat verildi ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün guşələr yaradılıb.

Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında olub. Yataqxananın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotostend yaradılıb. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bütün ərazi tam mühafizə olunur və nəzarətdədir. Quraşdırılan xüsusi kameralar kənar şəxslər əraziyə daxil olarkən həmin istiqamətə yönəlir və avtomatik siqnalizasiya işə düşür. Əsgər yataqxanasında ideoloji, məişət xidməti və yataq otaqları ən müasir səviyyədə qurulub. Yataqxanada əşya anbarları, hamam və digər zəruri otaqlar var.

Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm layihələr yerinə yetirilir.

Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxdı. Dövlətimizin başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirdi, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib. Bildirilib ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış olub. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəldi, burada atıcı qurğulara baxıb.

Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində görülən işlər ölkəmizin hərbi qüdrətini bir daha nümayiş etdirir. Ümumiyyətlə, son illər ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənib. Son illər ordumuzun qüdrətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biridir. Ordumuz ən müasir silah-sursat, texnika, avadanlıq ilə təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

 

Previous Post

İlham Əliyev S-300 raketlərinə baxış keçirdi

Next Post

Eldar Mahmudovu istintaqa çağırırlar…

Bənzər yazılar

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat...

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

Next Post

Eldar Mahmudovu istintaqa çağırırlar...

Çuğundur şirəsinin nadir xüsusiyyətləri və düzgün qəbulu

Son xəbərlər

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Avqust 2026 - 19:14
“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

06 Avqust 2026 - 18:29
“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

06 Avqust 2026 - 18:17
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.