"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də…

08 Oktyabr 2014 - 12:05
in SİYASƏT
FacebookVatsap

25368Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 10-da Minskdə növbəti dəfə pərt olacaq. Və Rusiya prezidenti Vladimir Putin yenə qəzəblənəcək, qəzəbini büruzə verməsə belə… Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin çoxgedişli, əsası hələ illər əvvəl qoyulmuş mürəkkəb xarici siyasət taktikasının gözlənilən nəticələridir.

Bunu da oxuyun

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Söhbət Ermənistanın “Putin ittifaqına”, yaxud “yeni SSRİ”-yə və ya rəsmi adı Avrasiya İqtisadi İttifaqı olan siyasi-iqtisadi bloka üzvlüyü ətrafında baş verən hadisələrdən gedir.

Belə görünür ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın bu ittifaqa üzvlüyünün oktyabrın 10-da Minskdə baş tutacağına dair Ermənistan prezidenti Serj Sərkisyana verdiyi rəsmi vəd reallaşmayacaq. Çünki Qazaxıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə razılıq verməyə hələ hazır deyil.

Virtualaz.org saytı xəbər verir ki, “The Diplomat” nəşri  Ermənistanın üzvlüyünün Azərbaycanın sayəsində növbəti dəfə təxirə düşəcəyini yazır. Nəşrin xatırlatdığı kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin may ayında Astanada ittifaqın təsis olunduğu sammitdə gözlənilmədən Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan edərək Ermənistanın üzvlüyünü blokladı.

Xatırladaq ki, Azərbaycan prezidenti Ermənistanın ancaq indiki sərhədləri daxilində bu ittifaqa üzvlüyünün təsbit olunmasını Avrasiya İttifaqını təsis edən Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin diqqətinə çatdırmışdı. Azərbaycan prezidentinin məktubu hər üç prezidentə göndərilsə də onu sammitdə Qazaxıstan prezidenti elan etdi və Sərkisyanın necə pərt olduğunu sammiti izləyən jurnalistlər aydın görmüşdü.

“The Diplomat” yazır ki, Ermənistan o vaxtdan bəri Avrasiya İqtisadi İttifaqına üzv olmağa cəhd edir. Qazaxıstan isə Azərbaycanın xahişi ilə bunu əngəlləyir. Rəsmi olaraq İrəvan bu həftə – oktyabrın 10-da ittifaqa üzv olmalıdır. Lakin Dağlıq Qarabağ məsələsi Putin üçün ittifaqı genişləndirmək yolunda maneəyə çevrilib.

Xatırladaq ki, Ermənistanın indiki sərhədləri çərçivəsində Avrasiya İttifaqına üzvlüyü onun Qarabağla sərhədə gömrük postları yerləşdirməsi deməkdir. Ermənistan prezidenti ölkəsinin ittifaqa indiki sərhədləri çərçivəsində daxil olacağını qəbul edir, lakin işğal altındakı Qarabağla sərhədə gömrük postları yerləşdirmək İrəvanın ciddi diplomatik uğursuzluğu olacaq.

“The Diplomat”ın yazarı Keysi Mişel qeyd edir ki, diplomatik mənbələr Qazaxıstanın öz mövqeyindən hələ geri çəkilmədiyini xəbər verir. Ermənstanın Avrasiya İttifaqına üzvlüyü Putinin böyük qəzəbinə və məyusluğuna baxmayaraq bir-birinin ardınca təxirə düşür.

Nəşrin yazdığına görə, sentyabrın sonlarında belə xəbərlər yayıldı ki, Ermənistan Qazaxıstanın təzyiqlərinə boyun əyməli olub və Dağlıq Qarabağı rəsmən Avrasiya İttifaqının hüdudları xaricində buraxmağa razılaşıb. Bu, nəinki rəsmi İrəvanın əvvəlki mövqeyinə ziddir, eyni zamanda ermənilərin böyük əksəriyyətini narazı salır.

Bundan əlavə, Ermənistanın bu şərti qəbul etməsi Moskvanı da pərt edir. Rəsmi Moskva dəfələrlə bildirmişdi ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə Dağlıq Qarabağ məsələsi arasında heç bir əlaqə mövcud deyil. Ermənistan hökumətinin Avrasiya İttifaqına üzvlük barədə sənəddə Dağlıq Qarabağla sərhədə gömrük postları yerləşdiriləcəyinə yer verdiyi üzə çıxandan sonra Xankəndindəki separatçılar elan etdilər ki, bu, mümkün olmayan işdir.

Beləliklə, Putinin Avrasiya İttifaqını Ermənistanın hesabına genişləndirmək cəhdləri növbəti dəfə Minskdə təxirə düşəcək.

Qırğızıstanın da ittifaqa üzvlüyü məsələsində irəliləyişin olmadığını nəzərə alan ekspertlər bu hadisənin Putini qəzəbləndirəcəyini deyirlər. Avrasiya İttifaqına qalan keçmiş sovet respublikalarından ancaq Ermənistan və Qırğızıstan qoşulmağa hazırdır. Onlardan biri həll olunmamış Qarabağ probleminə görə ilişib, digəri isə hələ konkret addımlar atmağa tələsmir.

Virtualaz.org qeyd edir ki, Minskdə Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə təkcə Qazaxıstan qarşı çıxmaya bilər. Azərbaycanın bu ittifaqın təsisçilərindən olan Belarusla olan sıx münasibətləri onu deməyə imkan verir ki, prezident Aleksandr Lukaşenko da Serj Sərkisyanın Qarabağa dair məqamı aydınlaşdırmadan Ermənistanın üzvüyünə dəstək verməyə hazırlaşmır.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Minskdə keçiriləcək MDB, eyni zamanda KTMT və Avrasiya İttifaqı sammitləri ərəfəsində xarici işlər naziri Elmar Məmmədyarovu Minskə ezam edib. A.Lukaşenko E.Məmmədyarovu qəbul edərkən Azərbaycanla münasibətlər haqda xeyli isti danışıb. Bildirib ki, Belarus çətin günlərdə Azərbaycanın etdiyi köməyi unutmayıb və bunun əvəzində “bütün imkanları daxilində və xaricində” Azərbaycana dəstək verməkdə davam edəcək.

Söhbət bir neçə il əvvəl Putinin Lukaşenkonu qaz borcuna görə sıxışdırıb Belarusun neft kəmərləri sistemini Rusiyanın mülkiyyətinə çevirməyə çalışdığı günlərdə İlham Əliyevin bir telefon zəngi ilə Belarusa 300 milyon dollar qısamüddətli kredit ayrılmasından gedir.

Lukaşenko Azərbaycandan aldığı bu kredit hesabına “Qazprom”un borcunu qaytardı və ölkəsinin strateji əhəmiyyətli nəql sisteminin Rusiyanın mülkiyyətinə keçməsinə imkan vermədi. Həmçinin Azərbaycan Belarusa neft təchizatını şaxələndirməkdə kömək edib. Baxmayaraq ki, bütün bunlar kifayət qədər riskli addımlar idi və Azərbaycanı Rusiyanın hədəfinə çevirirdi.

Bununla belə İlham Əliyevin xeyli qabağa hesablanmış taktiki gedişləri Azərbaycana MDB-də, üstəlik Ermənistanın üzv olduğu KTMT hərbi blokunda və gələcək Avrasiya İttifaqında etibarlı müttəfiq qazandırmış oldu. İndi Lukaşenko açıq bildirməsə də oktyabrın 10-da Minskdə Ermənistanın Avrasiya İttifaqına üzvlünün növbəti dəfə təxirə salınmasında mühüm rol oynaya bilər.

Ermənistan prezidenti Avrasiya İttifaqına üzvlük tarixinin müəyyən edilməsini Rusiya prezidentindən gözləyirdi və bunda haqlı idi. Sərkisyan hesablamışdı ki, yeni təsis olunan ittifaqda Putinin sözü qanun olacaq, Kreml rəhbəri Ermənistanın üzvlüyünün hansı tarixdə və hansı şərtlər daxilində baş verəcəyini qərarlaşdırsa, o da baş verəcək..

Ancaq indi Sərkisyan pərt olmamağa əsası yoxdur. Axı o necə pərt olmasın ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmasa da Ermənistanın üzvlüyünü dalbadal təxirə salacaq qədər güclü imkanlara malikdir?! Üstəlik Ermənistanın üzvlüyünə dair şərtlərini diqtə edə bilir və Sərkisyanın bu şərtlərlə razılaşıb ümumerməni nifrətini qazanmaqdan başqa yolu qalmır.

Sərkisyan necə pərt olmasın ki, Azərbaycan hətta onun “rəisi”nin Ermənistanın oktyabrın 10-da Avrasiya İttifaqına üzv olacağı haqda bəyanatına baxmayaraq öz milli maraqlarını qorumağa yönəlmiş diplomatiyasını davam etdirir?!

Bütün bunlar Sərkisyanı Azərbaycanın hərbi gücü ilə bərabər getdikcə artan siyasi çəkisi və diplomatik nüfuzu qarşısında da çarəsiz vəziyyətə salır.

Sərkisyanın heç KTMT hərbi blokunda da işləri yaxşı getmir. Ötən gün o, İrəvanda KTMT-in baş katibi Nikolay Bordyuja ilə görüşündə blokun “bəzi üzvlərinin” Azərbaycanın tərəfini saxlamasından narazılığını bildirib.

Sərkisyanın sözlərinə görə, KTMT daxilində həmrəyliyin olmaması Azərbaycanı cəsarətləndirir. Ermənistan prezidentinin “bəzi üzvlər” deyərkən Qazaxıstanı və Belarusu nəzərdə tutduğuna şübhə yoxdur. Başqa sözlə, Sərkisyan etiraf etmiş olur ki, Azərbaycan Ermənistanın özünə təhlükəsizlik çətiri hesab etdiyi KTMT-də də qərarların qəbuluna təsir edəcək qədər güclüdür.

İndi Ermənistanın Avrasiya İttifaqına üzvlüyü növbəti dəfə təxirə düşsə, Sərkisyan bunu ölkəsində necə izah edəcək? Axı belə vəziyyətdə onun Azərbaycanın gücünü etiraf etməkdən başqa yolu qalmır…

Fərhad Məmmədov

Previous Post

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də…

Next Post

CNN Kürdüstan xəritəsi yayımladı

Bənzər yazılar

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18

“Qoca qitə” yenə də siyasi böhran və iğtişaşlar ilə üz-üzə qalıb. Bəli, məhz yenə də, çünki oxşar mənzərələr Avropanın müxtəlif...

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28

Bu gün Azərbaycan “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”na qoşulub. Elchi.az xəbər...

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52

Azərbaycanda daşınmaz əmlak sahəsində yeni elektron sistem yaradılır. Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana...

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36

Prezident İlham Əliyev Maliyyə Nazirliyi ilə bağlı yeni fərman imzalayıb. Elchi.az xəbər verir ki, fərmana əsasən, dövlət başçısının 2009-cu il...

Next Post

CNN Kürdüstan xəritəsi yayımladı

CNN Kürdüstan xəritəsi yayımladı

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.