"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev: “Azərbaycan Ordusu bu gün istənilən anda istənilən vəzifəni icra edə bilər”

02 Aprel 2019 - 17:22
in SİYASƏT
FacebookVatsap

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər.

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Elchi.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən deyib.

Dövlətimizin başçısı bildirib: “Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür.

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Bizim mülki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır – bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.

Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.

Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz – burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun”.

Previous Post

İlham Əliyev: “Azərbaycan Ordusu bu gün istənilən anda istənilən vəzifəni icra edə bilər”

Next Post

Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post
Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.