"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsinə start verilib

07 May 2026 - 16:45
in CƏMİYYƏT
FacebookVatsap

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-ci il tarixindən “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!”  layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 may-31 iyul 2026-cı il) icra olunacaq.

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Layihə rəhbəri Telman Məmmədov bildirib ki, layihənin məqsədi narkotik əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.

Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, mövzu ilə bağlı internet televiziyasında iki maarifləndirici veriliş hazırlanacaq, narkotiklərlə mübarizəyə çağırış edən sosial çarx ictimaiyyətə təqdim olunacaq.

Bununla yanaşı, Bakı və Gəncə şəhərlərində tədbirlərin təşkili nəzərdə tutulub. Tədbirlər zamanı mütəxəssislərin çıxışları, gənclərlə interaktiv görüşlər və idmanın sağlam həyat üçün əhəmiyyətini vurğulayan təqdimatlar keçiriləcək, 18-35 yaş arası hədəf qrupunun üzvləri ilə fikir mübadiləsi aparılacaq, suallar cavablandırılacaq.Daha sonra isə mini idman yarışlarına start veriləcək, qaliblər, həmçinin iştirakçılar rəmzi çağırışlar edəcəklər.

Layihə rəhbəri diqqətə çatdırıb ki, dünyada və Azərbaycanda “ağ ölüm” kimi tanınan narkotik vasitələrə qarşı mübarizə uzun illərdir müxtəlif metodlarla aparılır. Beynəlxalq təcrübədə maarifləndirmə kampaniyaları, reabilitasiya proqramları və idmanın təşviqi əsas alətlərdən biri kimi çıxış edir. Bir çox ölkələrdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün idman klublarına cəlb olunması və sosial layihələrin həyata keçirilməsi müsbət nəticələr verir.

Azərbaycanda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Dövlət qurumları və ictimai təşkilatlar tərəfindən həyata keçirilən layihələr çərçivəsində narkomaniyanın fəsadları barədə ictimaiyyətin məlumatlandırılması, xüsusilə yeniyetmə və gənclərin diqqətinin sağlam həyat tərzinə yönəldilməsi prioritet hesab olunur. Reabilitasiya mərkəzlərinin fəaliyyəti, profilaktik tədbirlər və maarifləndirici kampaniyalar bu mübarizənin əsas istiqamətlərindəndir.

Təşkilatın nümayəndəsi xatırladıb ki, layihənin əsas hədəfi idmanın gənclər arasında daha geniş təbliği və narkotiklərdən uzaq, sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.

Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya və narkobiznesin mənfi təsirləri təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, bu zərərli vərdiş həmçinin dünya iqtisadiyyatına da ciddi zərbə vurur. Problem  dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində də  mühüm rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.

Qeyd edildiyi kimi, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir!

Previous Post

“BakuBus” və “Bakı Taksi Xidməti” “Bakı Metropoliteni”nə birləşdirilib – FƏRMAN

Next Post

Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib

Masallıda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirildi – FOTO

Masallıda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirildi - FOTO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.