Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Elchi.az xəbər verir ki, fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
– avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
– nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq.
Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.






















Əla xəbərdir, doğrudan da ictimai nəqliyyatın inkişafı çox vacibdir. Bu fondun yaradılması sahəyə yeni təkan verəcək. Prezidentin fərmanı ilə atılan bu addım sərnişin daşıma xidmətinin keyfiyyətini artıracaq. Düzü, bu tədbirlər gecikmişdi amma yenə də sevindiricidir.
Əla xəbərdir, doğrudan da ictimai nəqliyyatın inkişafı çox vacibdir. Bu fondun yaradılması sahəyə yeni təkan verəcək. Prezidentin fərmanı ilə atılan bu addım sərnişin daşıma xidmətinin keyfiyyətini artıracaq. Düzü, bu tədbirlər gecikmişdi amma yenə də sevindiricidir. İndi maraqlıdı görəsən bu fondnan nə qədər pul yığılacaq, bəs necə istifadə olunacaq? Ümid edirəm ki, bu pul xalqa xidmət edən avtobusların yaxşılaşdırılmasına sərf olunacaq.