"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İcra başçısının oğluna görə başı yenə də cəncəldə…

30 Aprel 2016 - 23:19
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

İcra başçısının oğluna görə başı yenə də cəncəldə...

Sabirabad şefi bu dəfə övladına villa tikdirməsi ilə gündəmdədir, Anar İsmayılov bir müddət qabaq da xidməti avtomobillə qəza törətməsi və maşını satması ilə səs-küy yaratmışdı

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Nazim İsmayılov prezidentin məmur balalarına xəbərdarlığına məhəl qoymur; rayon rəhbərinin yol tikintisinə və abadlıq işlərinə ayrılan milyonları necə çırpışdırması, sərəncamları yarımçıq icra etməsinin detalları “Gündəm-xəbər”də…

Həftə ərzində medianın gündəmində Sabirabad hadisələri xüsusi yer aldı. Məlum oldu ki, rayonun icra başçısı Nazim İsmayılov etməyib tənbəllik, gedib Göyçayda oğluna villa tikdirmək üçün qollarını çırmalayıb. Özü də kim-kim, tanınmış oliqarx AST Telmanın torpağına göz dikib.

Təşviş

Nəticədə də muradına çatıb. Təbii ki, bu işi görməkdə ona Göyçayın icra başçısı da az kömək etməyib. Hər halda bir rayonun icra başçısının başqa rayona imarət ucaltmaq istəyinə yerli hakim də öz razılığını verməlidir.

“Gündəm-xəbər”in əldə etdiyi özəl məlumata görə, bu məsələnin mediada ictimailəşməsi Sabirabadın icra başçısını təşvişə salıb. Məlumatda deyilir ki, oğlu Anar İsmayılova Göyçayda villa tikdirməsinin mediada tirajlanması yuxarıların qulağına çatıb.

Prezidentin müşavirələrdən birində məmurları təvazökar olmağa, sadə yaşamağa etdiyi çağırış Sabirabad icra başçısının vecinə olmayıb. Elə ki, bu məsələdə mediada işıqlandırılıb, dərhal yuxarı dairələrdən icra başçısına ciddi təpki olub.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, icra başçısının hansı pulla oğluna villa tikdirməsi barədə sorğu-sualdan əlavə, yuxarıdan ona bu məsələlərdə yanlışlığı yol verdiyi diqqətinə çatdırılıb.

Bildirilib ki, belə həssas dövrdə, cəbhə xəttində baş verənlərin gündəmdə olduğu zamanda, prezidentin hərbçi ailələrinə xüsusi dəstək verdiyi vaxtda başçı oğlu saray tikdirir.

Qəza

Belə ki, vətənin azadlığı uğrunda döyüşlər getdiyi, şəhidlər verildiyi vaxtda başçı oğlunun başı imarətini tikməyə qarışıb. Bütün bu hadisələrlə bağlı “Gündəm-xəbər”ə deyilib ki, N.İsmayılov əl-ayağa düşüb, məsələni ört-basdır etmək istəyir. Fakt faktlığında qalır ki, məmur oğlu Göyçayda, özü də AST Telmanın torpağında dəbdəbəli ev inşa etdirir.

Göyçayda ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Bildirək ki, Sabirabad icra başçısının Göyçayda mal-mülkləri, obyekləri var.

Bu obyektlərdən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar” mehmanxanası, “Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir. “Çinar” oteli müasir standartlara cavab verən lüks obyektdir.

Yada salaq ki, bir müddət əvvəl də başçı oğlu gündəmə gəlmişdi. Nazim İsmayılov oğlunun qəza törətməsi barədə yayılan xəbərlərə reaksiya vermişdi.

Maşını satıb?

Nazim İsmayılovun kiçik oğlu atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobili ilə qəza törədərək iki “VAZ 06” markalı avtomobili əzərək yararsız hala salıb. Həmçinin iddia olunurdu ki, icra başçısı hazırda ölkə xaricində məzunuyyətdədir. Sonra bu xəbərlər təkzib olundu.

Sonra xəbərlər yayıldı ki, Sabirabad RİH başçısı Nazim İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat əldə edib. “Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib.

2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib. Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Belə ki, A.İsmayılovun Göyçayda otel işlətməsi barədə şayiələr də yetərincə yayılıb.

Yol pulu yemək

Bundan əlavə, əksər rayonlarımız kimi Sabirabadın da kifayət qədər sosial-iqtisadi problemləri var. İşsizlərin sayı günü-gündən artır, gəlirli sahələrin monopoliyaya alınması nəticəsində sadə vətəndaşların biznes qurmaq şansları əlindən alınır, elektrik enerjisinin və qazın verilişində ciddi problemlər var, məmur özbaşınalığı pik həddə çatıb, korrupsiya günü-gündən “çiçəklənir” və s.

Rayonun icra başçısı Nazim İsmayılov isə bütün bu problemlərin həlli yolunda heç bir addım atmır. Sabirabad sakinləri bildirir ki, icra başçısı rayona rəhbərlik etdiyi 5 ildə heç bir sakinin problemi ilə maraqlanmayıb, məmur özbaşınalıqlarından edilən şikyətlərə baхılmayıb.

Bütün bunlar bir yana, dövlət büdcəsindən rayonun infrastrukturunun yenidən qurulması üçün ayrılan pullar da mənimsənilir. Sabirabaddakı mənbənin verdiyi məlumata görə, Nazim İsmayılovun gəlişindən sonra prezidentin sərəncamı ilə rayon yollarının təmiri üçün 3 dəfə pul ayrılıb.

Keyfiyyətsiz asfalt

Həmin vəsaitlə Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsi, uzunluğu 68 km olan Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı və uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolları yenidən qurulmalı idi.

Mənbə bildirir ki, bu yollar təmir olunsa da, ayrılan vəsait tam olaraq təyinatı üzrə sərf olunmayıb. Belə ki, sərəncamla ayrılımış pulun böyük hissəsi icra başçısı və adamları tərəfindən mənimsənilib.

Qalan kiçik məbləğlə isə yuхarıda qeyd olunan yollara keyfiyyətsiz asfalt döşənib. Asfaltın qalınlığı o qədər nazik olub ki, üstündən bir neçə ay sonra dağılmağa başlayıb. İndi həmin yollarda böyük çalalar əmələ gəlib. Yağış yağanda isə bu çalalar gölməçələrə çevirilir.

Mənbə bildirir ki, 2011-ci ildə prezident Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin bu körpünün tikintisi üçün ayrılan pulun da böyük hissəsi mənimsənilib. Qalan vəsaitlə isə standartlara cavab verməyən, təhlükəsizliyi tam təmin olunmamış körpü inşa olunub.

Prezidentin ayırdığı milyonlar…

Onu da deyək ki, son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir.

Amma bu qədər vəsaitin nə qədər şəffaf və təyinatı üzrə xərcləndiyi şübhə altındadır. Təkcə 2013-cü ildə sözügedən məqsədlə Sabirabad Rayon İcra Hakimiyyətinə əvvəlcə 1 milyon manat (aprel), daha sonra isə 2 milyon manat ayrılıb.

Elə həmin il iyulun 12-də iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maraqlıdır ki, həmin vəsait yolun çəkilişi üçün kifayət etməyib və iki il sonra – 2015-ci ilin avqustunda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, bu məqsədlə manatı Sabirabad Rayon İcra Hakimiyyətinə daha 1,5 milyon manat ayrılıb.

Hesablama Palatasının təxminən iki həftə öncəki açıqlaması bu şübhələri daha da qüvvətləndirir. Həmin məlumatda qurumun bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirdiyi bildirilirdi.

Həmin rayonlar arasında Sabirabadın da adı vardı. Sabirabadda aparılan yoxlamada ciddi nöqsanlar aşkar edilmiş olmalıdır ki, nəticədə adıçəkilən rayonun İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

“VVS Tikinti Təhcizat” MMC oyunları

“Gündəm-xəbər”ə daxil olan məlumata əsasən rayonun icra başçısı Nazim İsmayılov dövlət büdcəsindən rayon üçün ayrılan vəsaitlərlə bağlı olaraq ilginc bir metod tapıb. Belə ki, rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirir.

Lakin adıçəkilən şirkət məhz tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmır. “VVS Tikinti Təhcizat” MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olur.

Sabirabaddan bilgi verən mənbə iddia edir ki, bu “VVS Tikinti Təhcizat” MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Və profilində göstərildiyi kimi deyil, rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edir.

Məlumata əsasən təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb.

Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır.

İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa düşülür ki, bu icra nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul olur. Qarşı tərəfi dinləməyə hazırıq.

Previous Post

İcra başçısının oğluna görə başı yenə də cəncəldə…

Next Post

Türkiyədən gələn lobyada xəstəlik aşkar edildi

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

Next Post

Türkiyədən gələn lobyada xəstəlik aşkar edildi

Türkiyədən gələn lobyada xəstəlik aşkar edildi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.