"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İcra başçısını kabinetində qətlə yetirən şəxs həbsxanada öldü – Bir qətlin və qatilin tarixçəsi

21 Yanvar 2019 - 16:06
in aktual-banner, Banner, BannerVeteninfo, MANŞET
FacebookVatsap

Gözəlovun 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürüldüyü bildirilir

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib. Musavat.com-a verilən məlumata görə, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib.
E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.
E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə – 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.

Kim idi Mikayıl Gözəlov?

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli tikinti idarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.

Image result for Şuşa

Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Məzarı Mərzili kəndindədir.

Bəs qatil?

Qətli törədən E.İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla qətlə yetirməsi dərhal ciddi suallar doğurmuşdu. Bu qətllə bağlı ən müxtəlif versiyalar irəli sürülürdü. Uzun müddət Şuşada müxtəlif vəzifələrdə işləmiş M.Gözəlov Ağdamda doğulsa da, onu heç kim “yad” hesab edə bilməzdi və təsadüfi deyil ki, əhali arasında da böyük nüfuza malik idi. Daha bir iddia da bu idi ki, M.Gözəlov 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürülüb.

Şuşada vəziyyətin gərgin olduğu bir vaxtda icra başçısının kabinetində öldürülməsi əhaliyə də təsirsiz ötüşmədi. Şuşanın boşaldılması prosesi sürətləndi.

Image result for həbsxana

E.İbrahimov qətl baş verən gün- dekabrın 11-də həbs edildi və bir neçə gün sonra Bakıya-Bayıl həbsxanasına göndərildi. Onun məhkəmə prosesində də qətllə bağlı qeyri-adi heç bir fakt ortaya çıxmadı. E.İbrahimov aralarında dartışdıqlarını və əsəbiləşdiyi üçün icra başçısını güllələdiyini iddia etdi. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun da cəzası ömürlük həbslə əvəzlənmişdi.

Mikayıl Gözəlovun oğlu qatillə görüşmək istəyib

M.Gözəlovun yeganə oğlu mediaya müsahibəsinin birində qətl barədə danışıb. “Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi” sualına o, “Bu illər boyu məni də düşündürüb. Atamı otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib” deyib. Oğlu deyib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə görüşüb.

Previous Post

İcra başçısını kabinetində qətlə yetirən şəxs həbsxanada öldü – Bir qətlin və qatilin tarixçəsi

Next Post

Narkobaron 10 il azadlıqdan məhrum edildi – Məhkəmə işi

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post
Narkobaron 10 il azadlıqdan məhrum edildi – Məhkəmə işi

Narkobaron 10 il azadlıqdan məhrum edildi - Məhkəmə işi

Narkobaron 10 il azadlıqdan məhrum edildi – Məhkəmə işi

Narkobaron 10 il azadlıqdan məhrum edildi - Məhkəmə işi

Son xəbərlər

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.