"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İcra başçısı müavinindən yalvararaq üzr istəyib – şok səbəb

09 Noyabr 2016 - 09:49
in aktual-banner, Banner
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İcra başçısı müavinindən yalvararaq üzr istəyib – şok səbəbXətai icra hakimiyyətində biabırçı qalmaqal$ Razim Məmmədov ötən həftə kollegiya iclasında 1-ci müavini Rafiq Quluyevi təhqir edib; qarşı tərəfin təpkisi əlbəyaxa dava həddinə çatıb; daha sonra başçı müavinindən üzr istəyib …

Paytaxtın ən böyük rayonlarından biri olan Xətai rayonu haqda mediada vaxtaşırı xəbərlər dərc edilir. Bu xəbərlərin əksəriyyəti neqativ olur. Ən çox yaşıllığın məhv edildiyi rayon kimi də Xətai ilk sırada dayanır. Google axtarış portalında “Xətai yaşıllıq”, “Xətai ağac” sözləri ilə axtarış verdikdə, monitora ağacların kəsilməsindən, yaşıllıqların qırılmasından bəhs edən onlarla məqalə çıxır. 
Bu rayonun icra hakimiyyəti başçısı Razim Məmmədov xalq arasında yaşıllıqlar terrorçusu, ağac qatili adı ilə də tanınır. Hələ mərhum prezident Heydər Əliyevin Azərbaycan SSR vaxtında Xətai rayonunda saldırdığı yaşıllıqların xeyli hissəsini Razim Məmmədov vəzifəyə gəldiyi ilk günlərdən başlayaraq məhv etdirib. Deyilənə görə, o, Xətai ərazisində satmadığı boş torpaq qoymayıb. Mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, Razim Məmmədov bu anti-humanist əməllərini dayandırmır. Onun Gəncə prospektində, M.Hadi küçəsində, Nobel prospektində və digər ünvanlarda sıralanan şam, küknar və zeytun ağaclarını, başqa yaşıllıq zolaqlarını gecə ikən məhv etdirib, yerini işbazlara külli miqdarda pul qarşılığında satdığı haqda da çox yazılıb.
Razim Məmmədov o məmurlardandır ki, indiyədək heç bir qəzet, sayt, agentlik əməkdaşı ona zəng edib, bir cümlə açıqlama ala bilməyib. Mediaya tam qapalı başçıdır. Baxmayaraq ki, Xətai əhalisi sayına görə paytaxtın ən iri rayonudur (01.01.2014-cü il tarixinə olan statistikaya görə, əhalisi 267.2 min nəfərdir), həmçinin ən çox problemi olan rayonlardan da biri məhz Xətaidir. Fəqət İH başçısı olaraq R.Məmmədov və aparatı jurnalistlərin heç bir sorğusunu cavablandırmır. 
 
Amma Razim Məmmədovun son aylar başı dərddən açılmır. Mətbuatda onun haqqında ən müxtəlif məlumatlar dolaşır. Məsələn, bir neçə ay öncə qəzetlərdə yazılmışdı ki, R. Məmmədova qarşı qara maskalılar tərəfindən əməliyyat keçirilib. Bu cür əməliyyatlar adətən “yuxarılara” sayğısızlıq edən, bəzi tapşırıqları, tələbləri qulaqardına vuran məmurlara qarşı aparılır. Məsələn, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da analoji əməliyyatla cəzalandırıldığına dair ciddi iddialar var. Bu barədə qəzetlərdə detallı məlumatlar gedib. Bildirilir ki, Razim Məmmədov da cızığından çıxdığı üçün bu cür sərt cəzayla qulaqburması alıb.
 
Razim Məmmədovun ən böyük cəzası isə bugünlərdə verilib. Onun ən yaxın çevrəsindən “Yeni Müsavat”a ötürülən məlumatda bildirilir ki, ötən həftə Xətai RİH-də keçirilən kollegiya iclasında qalmaqal yaşanıb. 
 
Image result for Quluyev Rafiq
Başçı özünün 1-ci müavini Quluyev Rafiq Çəpərxan oğlu ilə dalaşıb. R.Məmmədov müavinini hansısa tapşırığı vaxtında etmədiyi üçün danlamaq istədikdə, qarşı tərəfin sərt təpkisi ilə üzləşib. Mənbənin bildirdiyinə görə, Rafiq Quluyev icra başçısına hamının gözü qarşısında “bağırma, səndən qorxan yoxdur, özünü yığışdır, yoxsa sənin üçün pis olar”, deyib. Bundan sonra icra başçısı möhkəm qəzəblənib və 1-ci müavini iclasdan qovmaq istəyib. Şahidlərin bildirdiyinə görə, R.Quluyev iclası tərk etmək istəməyib. “Məni bu vəzifəyə cənab prezident qoyub, sən kimsən”, deyə etirazını bildirib. Mənbə iddia edir ki, bundan sonra tərəflər arasında az qala əlbəyaxa dava çıxsın. Kollegiya iclasında iştirak edən digər aparat üzvləri araya girməsəymiş, davanın qaçılmaz olduğu bildirilir.
“Yeni Müsavat”a daxil olan məlumatda daha sonra bildirilir ki, Rafiq Quluyev iclasdan çıxdıqdan sonra Prezident Administrasiyasında olub. O, kollegiya iclasında başçı tərəfindən ağır formada təhqir olunduğunu deyib. Sübut kimi iclasdan çəkilən videonun ortaya qoyulmasını təklif edib.
Image result for Xətai Razim
Mənbəmizin məlumatında deyilir ki, Rafiq Quluyev hakimiyyətdə çox böyük və qüdrətli bir klanın adamıdır. Onun incidilməsinə, təhqir edilməsinə, kollegiyadan qovulmasına həmin klanın böyükləri sərt təpki veriblər. Bundan sonra Razim Məmmədov bəlli bir ünvana çağırılaraq sonuncu dəfə xəbərdarlıq edilib. Onun nəzərinə çatdırılıb ki, ya işdən çıxarılacaq, var-dövlətinə, əmlakına əl qoyulacaq, oğul-uşağı, qohum-əqrəbası işdən çıxarılacaq, həbs ediləcək, ya da gedib 1-ci müavinindən üzr istəyib, onu işə qaytaracaq. Razim Məmmədovun qarşısında ağır bir tələb də qoyulub: “Get, kollegiyanı topla, həmin insanların qarşısında Rafiq Quluyevdən üzr istə”. Bundan sonra bərk qorxuya düşən Razim Məmmədov təcili kollegiya iclasını çağırıb və 1-ci müavin Rafiq Quluyevdən üzr istəyib. Şahidlərin deməsinə görə, R.Quluyev onunla bir yerdə işləməyin mümkün olmadığını deyib. Mənbə iddia edir ki, Razim Məmmədov hamının gözləri qarşısında Rafiq Quluyevə rəsmən yalvararaq, onu birtəhər yola gətirib.
Image result for Xətai rayon icra hakimiyyəti
Hələ 2015-ci ilin aprel ayında Xətaidə yanan binaya görə Razim Məmmədovun vəziyyətinin çətin olduğu deyilirdi. Bu hadisədən sonra onun yaxın vaxtlarda vəzifədən çıxarılacağı iddia olunur. Əgər Razim Məmmədovu öz müavinindən üzr istəməyə məcbur ediblərsə, bu, onun qələminin sındırıldığı anlamına gəlir. Görünür, onu da Salyanın sabiq icra başçısı Tahir  Kərimovun acı sonluğu gözləyir.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 
Previous Post

İcra başçısı müavinindən yalvararaq üzr istəyib – şok səbəb

Next Post

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.