IAEA “nüvə qəzasının” qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirmək qərarına gəlib

33

Qrossi hazırkı münaqişədə qəza ehtimalından danışıb.
Elchi.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) “cari münaqişə zamanı nüvə qəzasının” qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirməyi planlaşdırır.
Belə bir bəyanatla 16 yanvar 2023-cü il bazar ertəsi günü təşkilatın baş direktoru Rafael Qrossi çıxış edib.
“IAEA hazırkı münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirir. Mən Ukraynada bu missiyaya rəhbərlik etməkdən qürur duyuram, bu müddət ərzində biz ölkədəki bütün atom elektrik stansiyalarında mövcudluğu təşkil edəcəyik”, – agentliyin rəhbəri Twitter-də yazıb.
Xatırladaq ki, daha əvvəl IAEA Cənubi Ukrayna, Ukraynanın Rivne, Xmelnitski AES-lərində və Çernobıl AES-də hərəyə iki ekspert yerləşdirmək planlarını açıqlamışdı. Qrossi daha sonra hər bir obyektdə iki ekspertdən ibarət missiyanı işə salmaq üçün Cənubi Ukrayna və Rovno AES-ə, eləcə də Çernobıl AES-ə baş çəkəcəyini bildirdi.

Şayəstə