"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Hər il minlərlə iş yeri yaratmalıyıq` – İlham Əliyev

13 Aprel 2016 - 00:28
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

“Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman giriş nitqində deyib.

İlham Əliyev nitqində bildirib: “Mənə verilən məlumata görə, Palata 20 il öncə təsis edilib. Bu, məhz Azərbaycanın sürətli iqtisadi inkişafının başladığı dövrə təsadüf edir. Çünki həmin vaxtdan əvvəl, vəziyyət çox mürəkkəb idi. Ciddi iqtisadi çətinliklər, iqtisadi tənəzzül, durğunluq müşahidə olunurdu. 1996-cı il iqtisadiyyatımızın inkişafa başladığı il oldu və bu artım 20 ildir ki, davam edir.

Bilirəm ki, nəinki Amerika şirkətləri, o cümlədən yerli şirkətlər və digər ölkələrin şirkətləri Palatanın üzvləridir. Lakin əlbəttə ki, Palata məhz ABŞ şirkətləri tərəfindən təsis edilib. Buna görə, o, Amerika Ticarət Palatası adlanır.

Bildiyiniz kimi, bu yaxınlarda mənim Birləşmiş Ştatlara olduqca uğurlu səfərim baş tutub. Mən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdim və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitse-Prezidenti, dövlət katibi ilə görüşlər oldu. Biz ikitərəfli gündəliyimizə aid mühüm məsələləri, siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlığımız əsasən ticarət naziri ilə görüşüm zamanı müzakirə olundu. Əslində, biz sizin də Azərbaycanda fəaliyyətinizi müzakirə etdik və razılığa gəldik ki, ölkələrimiz arasında iqtisadi iş birliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır.

Siz ölkəmizdə uzun illərdir ki, çalışırsınız. Reallığı, vəziyyəti və nailiyyətləri bilirsiniz. Ona görə də, bu barədə çox danışmaq istəməzdim. Planlarımız haqqında bir neçə söz söyləsəm daha yaxşı olar. Bu planlarımız ictimaiyyətə, həmçinin biznes dairələrinə yaxşı məlumdur. Çünki bildiyiniz kimi, mən Azərbaycanın işgüzar dairələri ilə tez-tez görüşlər keçirirəm. İldə bir dəfə geniş konfransımız olur. Həmin tədbirdə il ərzində əldə olunmuş nailiyyətlər, o cümlədən rayonların inkişafı müzakirə edilir, bütün mühüm məsələlər nəzərdən keçirilir. Həmçinin Nazirlər Kabinetinin toplantılarında görülmüş işlərə, nailiyyətlərə, çatışmazlıqlara və gələn rüb üçün planlara nəzər salırıq.

Bu səbəbdən, indi söyləyəcəyim bəlkə də sizin üçün sirr deyil. Lakin hesab edirəm ki, sizin özünüz bunu birbaşa eşitsəniz daha yaxşı olar. Bu gün dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alsaq aydın olur ki, heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz. Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.

Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç-dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya – bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.

Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq.

Həmçinin sənaye potensialı yaradılmışdır. Lakin bu, kifayət deyil, çünki bizə iqtisadiyyatımızın qeyri-neft sektorunda daha surətli artım lazımdır. Bu səbəbdən, şaxələndirmə bir nömrəli məsələdir. Bununla yanaşı, yeni iş yerləri açılmalıdır. Çünki Azərbaycanın müsbət demoqrafik vəziyyəti ilə əlaqədar, biz hər il minlərlə, hətta on minlərlə iş yeri yaratmalıyıq, belə ki, əhali iş yerlərinin açılmasına nisbətdə daha sürətlə artır. Əhali artımı isə birmənalı olaraq, iqtisadi inkişafla bağlıdır. Əgər siz əhali artımının dinamikasına baxsanız, görərsiniz ki, o, Azərbaycanın iqtisadi vəziyyətinə tam uyğundur. Əlbəttə ki, gələcəkdə daha sürətli iqtisadi inkişafı planlaşdırırıq. Bu səbəbdən, iş yerlərinin açılması da təhsil islahatları ilə əlaqələndirilməlidir. Çünki hökumətin daha çox iqtisadi fəaliyyəti planlaşdırdığı sahələrdə bizə mütəxəssislər lazım olacaq. Bu vaxta qədər bizdə həmin əlaqələndirmə olmayıb. Bu səbəbdən müəyyən qeyri-tarazlıq müşahidə olunur. Bəzi sektorlarda mütəxəssislərimizin sayı lazım olmayan dərəcədə çoxdur və bizə lazım olan sahələrdə isə onlar çatışmır.

İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.

İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər.

Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, – siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır.

Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir.

Həmçinin yüksək texnologiyalar sektoru bizim üçün prioritetdir. Bu sahədə də Azərbaycan və ABŞ şirkətləri arasında yaxşı əməkdaşlıq var. Kənd təsərrüfatı sahəsində, həmçinin sizin texnologiyadan istifadə edərək biz eyni torpaq sahəsində daha çox məhsul becərə bilərik.

Turizmə gəldikdə, biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər.

Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, məşğulluq hər zaman gündəliyimizdə olacaq. Bu sahədə heç vaxt işimizi bitirmiş kimi hesab etmirik. Bu səbəbdən iqtisadiyyatın sənaye sektorlarının, ağır sənayenin, toxuculuq sənayesinin yaradılması da resurslarımızla bağlıdır. Böyük dəmir filizi ehtiyatlarını nəzərə alsaq, poladəritmə sənayesinin böyük potensialı var. Pambığın yetişdirilməsi üçün müvafiq olan iqlim şəraitini nəzərə alsaq, toxuculuq sənayesinin imkanları da mövcuddur və sair.

Bu haqda çox danışa bilərəm və bütün vaxtımızı şərhlər üçün istifadə etmək istəməzdim. Lakin sizə planlaşdırdığımız işlər barədə məlumat vermək istədim və nəyin edilməsi ilə əlaqədar fikir söyləyə bilərsiniz. Daha fəal sərmayələr, yerli və xarici şirkətlərin fəaliyyəti üçün maneələr nədən ibarətdir? Fikrinizcə, hökumət çalışdığımız vəziyyəti yaratmaq üçün hansı əlavə işləri görməlidir? Bunları nəzərə alaraq, sizi çıxış etməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun”.

Previous Post

`Hər il minlərlə iş yeri yaratmalıyıq` – İlham Əliyev

Next Post

Ermənilər: “Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər” – FOTO

Bənzər yazılar

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə...

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

20 Noyabr 2026 - 22:28

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli...

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

20 Noyabr 2026 - 22:11

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil...

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

20 Noyabr 2026 - 22:10

Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir. Elchi.az xəbər...

Next Post

Ermənilər: "Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər" - FOTO

Ermənilər: "Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər" - FOTO

Son xəbərlər

“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

21 Noyabr 2026 - 12:16
Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

21 Noyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

21 Noyabr 2026 - 11:41
İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

21 Noyabr 2026 - 11:39
Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

21 Noyabr 2026 - 11:36
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

21 Noyabr 2026 - 11:30
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

21 Noyabr 2026 - 11:30
Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

21 Noyabr 2026 - 11:22
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.