"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənilər: “Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər” – FOTO

13 Aprel 2016 - 00:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

“Əfsuslar olsun ki, azərbaycanlılardan fərqli olaraq biz sonadək qürurlu davrana bilmirik. Rusiya indi bizə az qala ayağını silir, biz isə hələ də Rusiyaya inanır, onu özümüzə etibarlı müttəfiq, böyük qardaş sayırıq. Bütün bunlar yanlış düşüncələrdir”.

Ermənistanın “Aravot” qəzetində dərc olunmuş “Dağlıq Qarabağda Rusiya təbliğatı” başlıqlı məqalədə belə deyilir.
Məqalə müəllifi Vaqe Qukasyanın fikrincə, Rusiyanın kütləvıi informasiya vasitələri Ermənistanı az qala quberniya sayır, ermənilərin maraqlarını və mənafelərini əsla nəzərə almır.

“Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Rusiyanın KİV-lərində məhz bu ölkənin maraqlarına və hədəflərinə xidmət edən xəbərlərin, reportajların, təhlillərin yer almasını gözləyirdik. Çünki buna artıq alışmışıq, bilirik ki, Ermənistan və Dağlıq Qarabağla bağlı informasiya siyasətində Rusiya mediası heç vaxt erməniləri düşünməyib. Bizə gərəkli səpkidə, məcrada və yöndə informasiyaların peyda olması üçün Rusiyadakı diasporu işə salmalı, rıçaqları hərəkətə gətirməli oluruq.  Yəni rusiyalı jurnalistlər yalnız müəyyən “maraq” və “təkan”dan sonra bizə sərf edənləri yazır, deyir və çəkirlər”, – müəllif Ermənistan mediasında bəlkə də ilk dəfə Rusiya KİV-lərinə ermənilərin təsiri və xüsusilə də ayrı-ayrı teleaparıcıların, jurnalistlərin, veriliş və media strukturlarının pulla ələ alınmasını etiraf edir.

V.Qukasyan daha sonra erməni Aşot Qabrelyanova məxsus LifeNews telekanalı və saytının “xəyanət”indən bəhs edir.

O yazır: “Bir düşünün, Dağlıq Qarabağda döyüşlərin ən gərgin vaxtında, aprelin 4-də LifeNews telkekanalı məlumat yayır ki, İŞİD tərkibində vuruşan 70 azərbaycanlı terrorçu Suriyanın Rəqqa şəhərindən çıxaraq Türkiyəyə keçib və Azərbaycana üz tutub. Guya onlar Dağlıq Qarabağda ermənilərə qarşı vuruşmaq istəyirlər. Bu xəbəri sonradan tvzvezda və 3mv də yaydılar. Halbuki bu xəbər yalandı, amma Rusiyanın kütləvi informasiya vasitələri bu yalanı yaydılar.

Həmin telekanal Almaniyanın paytaxtı Berlində “müsəlmanlar miqrantların rusiyalı qızı zorlaması”, Ukraynanın Slavyansk şəhərində “rus oğlanın çarmıxa çəkilməsi” barədə yalanlar yayıb.

LifeNews “İŞİD-dəki azərbaycanlı terrorçular” barədə yalan məlumat yaymaqla sifarişi yerinə yetirir. O sifariş isə sadədir. İŞİD terrorçu təşkilatdır, fəaliyyəti Rusiyada yasaqlanıb. Və əgər Rusiya tamaşaçılarına, oxucularına, dinləyicilərinə “azərbaycanlı İŞİD-çilər Dağlıq Qarabağda ermənilərə qarşı vuruşmağa hazırlaşır” deyilirsə, təbii ki, həmin insanlar terrorçuların qarşısının alınmasını istəyəcəklər. Deməli, Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent yeridilməsinə nail olmalıdır, həmin kontingentdə isə rusiyalı hərbçilər yer almalıdırlar. Beləliklə, Rusiyanın KİV-i Dağlıq Qarabağ münaqişəsindəki situasiyadan yararlanaraq sırf öz maraqlarını güdür və bu da təbii ki, ermənilərin mənafelərinin təminatı deyil.

Üstəlik, LifeNews təki telekanalların yalanları vasitəsilə Rusiya Ermənistandakı təsir rıçaqlarını itirməməyə, erməniləri sakitləşdirməyə çalışır.

Dağlıq Qarabağdakı son hadisələr göstərdi ki, Rusiyanın Ermənistana münasibətində “müttəfiqlik və qardaşlıq” bəyanatları sadəcə, söz yğınıdır. Ermənistanın dövlət müstəqilliyini faktiki olaraq qəsb etmiş Rusiya ölkəmizə tam nəzarət etməklə yanaşı, xarici siyasətimizi də kontrol altında saxlayır. Azərbaycana silah və hərbi texnika satan, bu satışları davam etdirəcəyini deyən Rusiyaya Ermənistanın maraqları önəmli deyil. Rusiya bizim vasitəmizlə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır.

LifeNews-un çəkiliş qrupu Azərbaycana da getmişdi. Amma onları qovdular, rəsmi Bakı bu qrupu deportasiya etdi. Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər, çünki LifeNews həqiqəti əks etdirmir, faktları saxtalaşdırmaqla, sahibinə xidmət etməklə məşğuldur”.

Müəllif əslində Ermənistanda LifeNews-a olan münasibəti əks etdirir. Yerevandakı ermənilərin səbir kasasını daşdıran son məqam LifeNews media holdinqinin sahibi, erməni Aram Aşotoviç Qabrielyanovun sosial şəbəkələrdəki son paylaşımları olub.
Məsələn, A.Qabrelyanov Twitter-dəki mikrobloqunda aprelin 8-də yazmışdı: “Axmaq ermənilərin nəzərinə bir daha çatdırıram: ermənilər üçün Günəş Rusiyada doğur! Variant yoxdur!!!”

Bu tvit Ermənistanla yanaşı, dünyanın müxtiəlif ölkələrindəki erməni diasporlarında həddən artıq böyük qəzəblə qarşılanmışdı. Ən “yumşaq” şərhdə deyilirdi: “Oğlun Nyu-Yorkda yaşayır, ora yollayıbsan. Sən əvvəlcə oğlunu Dağlıq Qarabağa göndər, sonra bizə ağıl öyrət, vətənpərvərlikdən danış”.


LifeNews-la bağlı narazılığın digər səbəbi bu media-holdinqin rəhbərinin erməni A.Qabrielyanov olmasına rəğmən, bu strukturun yetərincə “erməni ruhlu media” təsiri bağışlmaması, xəbərlərinin tam əksəriyyətində aşkar “ermənipərəst” məcranın yoxluğu imiş.

Təbii ki, bu iddialar yalandır və əslində, ermənilərin çox yaxşı düşünülmüş, məkrli strategiyasının bir hissəsi, LifeNews-un guya ermənilərə “xidmət etməməsi” təsəvvürünün yaradılmasıdır.
Halbuki belə deyil və LifeNews bütünlüklə Ermənistanın, erməni diasporunun maraqlarının təminatı ilə məşğul olur.

Previous Post

Ermənilər: “Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər” – FOTO

Next Post

Qarabağ üçün son 4 min imza – Sən də qoşul

Bənzər yazılar

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30

Azərbaycan Mərkəzi Bankı (AMB) “İşgüzar-Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib. Bu barədə Elchi.az AMB-yə istinadən xəbər verir. Bununla da kredit...

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Elchi.az xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute”...

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Next Post

Qarabağ üçün son 4 min imza – Sən də qoşul

Qarabağ üçün son 4 min imza – Sən də qoşul

Son xəbərlər

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

03 Sentyabr 2026 - 18:27
Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

03 Sentyabr 2026 - 18:14
Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

03 Sentyabr 2026 - 17:55
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

03 Sentyabr 2026 - 17:48
Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

03 Sentyabr 2026 - 17:41
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

03 Sentyabr 2026 - 17:34
Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşdü

Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşdü

03 Sentyabr 2026 - 17:28
Çinin cənub-qərbində güclü zəlzələ qeydə alınıb

Çinin cənub-qərbində güclü zəlzələ qeydə alınıb

03 Sentyabr 2026 - 17:26
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

03 Sentyabr 2026 - 17:17
AFFA Premyer Liqa klublarını 18700 manat cərimələdi

AFFA Premyer Liqa klublarını 18700 manat cərimələdi

03 Sentyabr 2026 - 17:08
İraqda Fransa hərbçilərinin olduğu bazaya raket atan üç nəfərə hökm oxunub

İraqda Fransa hərbçilərinin olduğu bazaya raket atan üç nəfərə hökm oxunub

03 Sentyabr 2026 - 16:58
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

03 Sentyabr 2026 - 16:46
“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

03 Sentyabr 2026 - 16:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.