"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Hər bir xalq öz dili ilə yaranır”

31 Yanvar 2018 - 20:07
in MÖVQE, ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

“Hər bir xalq öz dili ilə yaranır” 

(Ümummilli lider Heydər Əliyev)

 

Dil dövlətin atributlarından biridir. Tarixin sınaqlarından çıxıb, bu günümüzə çatıb, qoruyucusu və daşıyıcısı xalq olub.

Dilimizin yad təsirlərdən qorunmasında görkəmli şəxsiyyətlərimiz, xüsusən yazıçılarımız böyük rol oynamışdır.

Biz dillə dünyanı öyrəndiyimiz kimi, özümüzü də dünyaya dillə tanıdırıq. Bu dil əjdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub gələcək nəsillərə hədiyyə vermək də bizim borcumuzdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağındakı çıxışında demişdir:

“…Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, müsiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi halllarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu məni doğurdan da çox narahat edir. Azərbaycan dili o qeder zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökümət üzvlərinin çıxışlarında, bəzi televiziya verlişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır…”.

Azərbaycan dili özünəməxsusluğu ilə seçilən dildir. Öz musiqiliyi ilə italyan dilindən üstündür. Bülbülün sözləri ilə desək, italyanlarda 6, bizdə isə 9 sait səs var.

Bu gün bəzən dil haqqında danışarkən keçən əsrin əvvəllərində C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində olan vəziyyət yada düşür. Xaricdə təhsil alan qardaşlar xarici dili də yaxşı bilmir, həm də lazımsız sözləri dilimizə gətirməklə onu korlayırlar.

Bu gün yeni orfoqrafiya lüğəti dilimizi süni surətdə türk dilinə bənzətməyə çalışmağa, onun saflığını pozmağa xidmət edir.

Belə gözəl dilimizi lüsumsuz yerə yad dillərdən alınan, gülünc doğuran sözlərdən qorumalıyıq.

Dilimizin inkişafı zamanın zərurətindən doğur. Texnologiyanın inkişafı ilə ictimai münasibətlərin tərkibi olan dil danışıq ünsiyyətində yeni terminlərin yaranmasına səbəb olur. Dilimizdə olmayan bu terminlərin qəbulu çox zaman zərurətdir. Lakin bu dilimizin qrammatikasına təsir etməməlidir. Məsələn: moderator server. Qrammatika dəyişilməz qalmalıdır.

Zaman keçdikcə, texnologiya inkişaf etdikcə əlbəttə ki, yeni-yeni terminlər yaranacaq və dilimizə daxil olacaq. Lakin yeni sözləri qəbul eləməklə biz dilimizin saflığını, ahəngdarlığını pozmamalıyıq. Ümumiyyətlə, sadə fellər milli sözlərimizdir. Bizim öz dilimizə uyğun qrammatik şəkilçilərimiz var. Məsələn, “gəl” milli sözdür. Bunu indiki zamanda istifadə eləmək üçün şəkilçi artırıb “gəlirəm” kimi deyirik. Bu sözün əvəzinə “geliyorum” deyilirsə, dilin qrammatik qaydası pozulur.

Dilimizə daxil olan yeni sözlər neologizmlərdir ki [yun. neos – yeni və logos – anlayış], bunlar da həm milli, həm də alınma sözlərdən olur. Yeni sözlərin əksəriyyəti bir müddət sonra dilimizə tam uyğunlaşaraq ümumişlək sözlərə çevrilir. Məsələn, illərdir “transilyasiya” sözünü işlədirdilər. 90-cı illərdən milli neologizm olan “yayım” sözü yarandı. Və dərhal da nitqimizə uyğunlaşaraq digər sözü sıxışdırıb çıxartdı. Lakin bu həmişə belə olmur. “İşıqfor” sözü milli neologizm kimi lüğətimizə salsaq da dilimizə uyğunlaşmır, işlənmir. Başqa bir misal kimi “prokuror” sözünü götürək. Latın mənşəli bir sözdür. Əvvəllər ərəb sözü olan “müddəiyi-ümumi” terminindən istifadə olunurdu. Lakin prokuror sözü dilə daha uyğun olduğu üçün lüğətimizə daxil edildi və ümumişlək xüsusiyyəti qazandı. Deməli, bu zəruri terminin dilimizə daxil olması dilimizin qrammatikasını pozmamaqla yanaşı, həmçinin onun saflığına, ahəngdarlığına da heç bir xələl gətirmir.

 

Dilimizə yeni sözlər daxil olduqca nitq paralelləri yaranır. Son illər dilimizdə və kütləvi məlumatlarda informasiya texnologiyası istilahısından istifadə edilir. Informasiya məlumat deməkdir. Hər iki termindən leksikonumuzda bərabər olaraq istifadə edilir. Lakin bəzən onların işlədilmə yerləri düzgün seçilməlidir. Danışıq və yazı nitqimizdə biz deyə bilmərik ki, sizin filan hadisədən informasiyanız varmı? Bu əlbəttə düzgün olmazdı. Bu cümlədə informasiya sözünün yerinə məlumatınız sözü işlədilməlidir. Yoxsa öz dilimizə qarşı hörmətsizlik etmiş oluruq.

Dilin lüğət tərkibinin dəyişdirilməsi qısa biz zamanda olması qeyri-mümkündür. Dil zavod deyil ki, sürətli yeni sözlər istehsal edilib ictimaiyyətə təqdim edilsin və zorla qəbul olundurulsun. Gərək dil özü yeni daxil olmuş sözü qəbul eləsin ki, bu da  uzun sürən bir prosesdir. Dilə edilən dəyişikliklərlə bağlı Akademiyanın təqdim etdiyi yeni layihə də sanki dili bu cür sürətli dəyişdirməyi əks etdirir.

Həmçinin sözlərdə işlənən qoşa “yy” hərflərinin birinin çıxarılması savadsız dəyişiklik olmaqla yanaşı, əsrlər boyu nəsildən nəslə ötürülən zəngin dilimizin korlanmasına gətirib çıxardır. Bəs onda biz Ömər Xəyyamı necə yazacayıq və necə səsləndirəcəyik? Dilimizdə dəyişikliklər elə olmalıdır ki, indi də, gələcəkdə də insanlar bizi qınamasınlar.

Adi bir nümunə şifahi və yazılı ədəbi dilimizin nə qədər zəngin olduğunu göstərir. Əsl xalq odur ki, onun öz kimliyi, öz dili, öz sözü olsun, başqasına oxşamaqdan çəkinsin. Bu zəngin dilimizi, onun saflığını təkcə filoloq, dilçi, müxbirlər deyil, hamı qorumalıdır.

Dilimizə sədaqət vətənimizə və xalqımıza olan sədaqətdir. Keçmişimizlə bizi bağlayan qırılmaz tellərdir.

 

Aidə Həmidova

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının baş məsləhətçisi 

Previous Post

“Hər bir xalq öz dili ilə yaranır”

Next Post

DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

Bənzər yazılar

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

24 Oktyabr 2026 - 10:01

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bəyan...

Putin: Ukrayna ilə razılaşmağa hazırıq

Putin: Ukrayna ilə razılaşmağa hazırıq

23 Oktyabr 2026 - 10:37

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə razılaşma əldə etməyə hazır olduqlarını bəyan edib. O, söhbətin sadəcə atəşkəsdən deyil, hər iki...

Next Post
DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.