Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə da davam etsin.
Elchi.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib:
“Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.
Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir:
“Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...





















Son şərhlər