"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

(H)O(s)tel otağı: Həmid Herisçinin Tiflis qeydləri – Seymur Baycanla görüş…

25 Noyabr 2016 - 09:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Bakıda NATO-nun təlim kursu keçirilir

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

 (H)O(s)tel otağı: Həmid Herisçinin Tiflis qeydləri - Seymur Baycanla görüş...

 
Azərbaycan-Gürcüstan sərhədindəki məşhur qədimi körpüyə kimi “Qırımızı körpü” deyir, kimi “Sınıq körpü”. Sonuncu ad, məncə, o körpünün bir vaxt qəzalı vəziyyətdə olmağından törəməyib. Allah özü şahiddi, sınıq talelər həmişə keçib, indi də keçir bu sınıq körpüdən. Tiflis çayxanalarına yığılan həmin sınıq tale sahibləri bir gün qərar verirlər həmin körpünü “Sınıq körpü” adlandırsınlar. Aşıqlar da sazlarını sıxırlar sinələrinə. Körpünü bax, bu cür məşhurlaşdırıb adını tarixi salnamələrə salırlar…
***
Bu ünvandan keçən ilk sınıq tale vaxtilə məşhur sufi ustadı Şeyx Sənana məxsusmuş. Gürcü qızının sevdasına düşən həmin çoxbilmiş sufi, deyilənlərə inansaq, bir gün öz bütün əvvəlki taleyini sındırır-xirqəsindən, əbasından əl çəkir, başlayır donuz otarmağa, şərab içməyə, namaz qılmamağa.
Ənənə bu gün də davam edir. Azərbaycandan bezmiş yüzlərlə sınıq tale sahibi,  “Sınıq körpü”dən o tərəfə adlayınca, anında bu qədim əfsanənin personajlarına çevrilirlər. Çayxanalar indi son dəb modern kafe-resroranlarla əvəzlənib. Müasir şeyx sənanlar isə Tiflisdəki xarici donor təşkilatların qapısını kəsdirmiş sabiq  siyasətçilər, hüquq müdafiəçiləri,  jurnalistlər və s.i. və digərlərdir.
Zəmanəmizin bu  növbəti şeyx sənanları ilə  görüşlərdən xatirə olaraq cibimdə bir qəbz qalıb. Rustaveli küçəsindəki məşhur “Coffesta” kafesinə məxsus bu qəbzdə qeyd olunur ki, bəs biz-müasir şeyx sənanlar, 20 noyabr 2016-cı il axşam saat 19-18 radələrində vaxtımızı əla keçirmişik. 5 lari 50 tetraya  dörd ətirli qəhvə sifariş vermişik, 4 lari 80 tetraya bir qədəh  bahalı viski. Cəmi ümumi xərclərimiz 26 lari 80 tetra təşkil edib.
Süfrəmizin haqqını ödəyən növbəti Məşədi İbad isə görün bir kimdir?  Tanınmış media mütəxəssisi, monitorinqlərin tanrısı, şərti adı Şeyx Sənan olan filankəsov filankəs. Viskini də, qəhvə içən bizlərdən fərqli olaraq,  elə o sifariş vermişdi yaddaşım məni indi aldatmayırsa.
 
Həyatını təhlükə qarşısında qoymaqdan çəkindiyim üçün, köhnə dostumu indi öz adıyla deyil, Şeyx Sənan adıyla işarələmək istəyirəm bu yazımda. 
Bax belə poetik bir ünvandı Tiflisin Rüstaveli küçəsi… Xatirələrində basdırdığım bir çox köhnə dostlarımı məhz bu xoş ünvanda aşkarlayıb təəccübümdən az qala yerə yıxılacaqdım.
 
– Sən…sən…sağsan? Eşitmişdim səni çoxdan basdırıblar…Guya Bakıdakı xarici səfirliklərin birində gizlənmişdin…Məcbur etmişdilər…Özü də…
Zəmanəmizin Şeyx Sənanı qolumdan yapışıb qoymadı yerə yıxılım.
– Məni Tiflis diriltdi. Bir də ətrafımızdakı bax bu gürcü gözəlləri!
Sonuncu nidanın səsinə ətrafımızdakı bütün gözəl, kifir qızlar diksinib biz tərəfə qanrılıb baxdılar. Özümü bircə anlığa itirdim. Elə bildim min il öncə Şeyx Sənan da tam eyni səhnələrlə üzləşib o vaxtkı Tiflis meyxanalarında. Gürcü qızının bir tərs baxışına bütün taleyi dəyişib.
 
– Yaxşı necə oldu Bakıdan qaçmağı bacardın? Danış. Qorxma.
Masa üzərindəki “Şeyx”in yeni xarici pasportuna baxıb ordakı qara möhürlərdə dünyanın bütün coğrafiyasını gördüm elə bil. Afrika qitəsi…Hind-Çin…Avropa…Asiya…
– Dünya vətəndaşına dönübsən lap. Yaxşı necə oldu Bakıdan qaçmağı bacardın, həəə?
Kafedəki həzin musiqi söhbətimizin ruhuna tam uyğundu. “Şeyx” elə bil məhz bu təranələrdən təsirlənib dilə gəldi, nəinki mənim bayaqkı sualımdan.
Gürcü klassiki Şoto Rustavelinin “Pələng dərisi geyinmiş cəngavər” əsərini, tanımadığım naməlum əl, sığındığım xarici səfirlikdə  qarşıma qoyub tez də qeybə çəkildi. Məktəbdə əlaçı olmuşam.  Eyhamı elə göydəcə tutdum. Bildim ki,  pələng dərisi geyinib Gürcüstana, Şoto Rustaveli küçəsindəki bax  bu kafeyə getməliyəm. Büründüm pələng dərisinə, səfirlikdən çıxdım.
Bir xatirə şəkli çəkdirdik tarix üçün. Sonra o süfrədəki dəftərçəmə bax bu unudulmaz sözləri həkk etməyi unutmadı – “Ay adamlarına salam! Tiflis. 20 noyabr 2016. Şeyx Sənan”.
Kafedən eşiyə çıxınca narın yağış üzümüzə çilədi. Arxadan kimsə qulağıma pıçıldadı- “Növbəti Şeyx Sənan indi bir başqa ünvandadır. Gəlişiniz barədə xəbərdar deyil. Gedib sevindirək indi qəfildən onu”.
***
Azərbaycan ziyalıları, təəssüflər olsun, hələ də  Anar qəhrəmanlarının, Şeyx Sənanın sınıq talelərindən kənarda qalmağı bacarmırlar. Tiflisə gəlincə torpaq ayaqları altından qaçır. Şşşarrapppp sürüşərək gəlib düşürlər Anarın “Hotel otağ”ına. Əsərdəki söhbətlər bir az fərqli şəkildə yenidən talelələrində təkrarlanır: “Bu hotel odasına Kərim kimi uğursuz insanlar ölmək üçün gəlirdi. Bu odaya ÖLƏSİ, ölümə məhkum olunmuş insanlar özləri də bilmədən öz ayaqlarıyla gəlib çıxırdılar. Tale, qismət gətirirdi onları bura və dolabdakı paltarlar da müxtəlif zamanlarda, müxtəlif aylarda, illərdə bu odada can verən kimsəsizlərin soxaları idi – bu dünyada qoyub getdikləri son izləri…
…Və indi onların arasında Kərimin, filologiya elmləri namizədi Kərim Əsgəroğlunun da son izi – boz şalvarı, göy  pencəyi, qəhvəyi köynəyi, qara papağı və qara corabları qalacaqdı. Bir də çəkmələri… çəkmələr heç mənim də deyil, Sədyarındır. Çəkmələr…
Sədyarın çəkmələri haqqında fikir Kərimin bu dünyaya axırıncı fikri oldu və dözülməz ağrının son həmləsi ürəyini həmişəlik dayandırmaqdan bir neçə an qabaq şüurunu söndürüb əbədi zülmətə qərq elədi”.
Lakin indi bu ünvanlar hotel deyil, hostel adlanır. Qapısından heç vaxt ac pişiklər əskik olmayan belə bir itbat ünvanı biz elə həmin Rustaveli küçəsində aşkarladıq. Burda əvvəllər birinci mərtəbədə  “Əli və Nino” kitab dükanı yerləşirdi, yaxşı yadımdadı. Tanış ünvan, niyə həmin poetik addan  məhrum edildi  sualına indi cavab verə bilmərəm. Bəlkə də ikinci mərtəbədə axtarmalıyıq biz indi həmin itkin əliləri.
Dolanbac, əyri pillələr məni öz axarına alıb gətirib çıxarır kasıb, ağır qoxulu naməlum bir ünvana. Qapını açıb içəri girincə gördüyümə diksinirəm. Əlim bir müddət üzümdə qalıb quruyur öz-özünə. Kor təsadüflər, görünür, həyatın əsas qanunudur bu “hostel otağı”nda. Gör bir kimi, hansı itkin Əlini görürəm qarşımda…
***
Ədəbiyyatımızın ünlü imza sahibi Seymur Baycan, bütün Azərbaycan mass-mediasından burda gizlənsə də xeyri yoxdu, məndən canını qurtara bilmir burda. Əlindəki kitabdan ayrılmayan Seymura yavaşcana, çəkmələrimin burnu üstə yaxınlaşıb hansı əsəri oxuduğunu öyrənmək istəyirəm.
Gördüyüm məni anında şaşdırır… qarşımda Anarın “Hotel otağı” əsərini görürəm, bir də Vadim Kojevnikovun “Qılınc və qalxan” romanını. Saniyələr sürət götürüb ildırım sürəti ilə axmağa başlayır mənlə Seymur arasında. Kitab, Seymurun əlindən aşağı enəndə o, qəfil məni öz qarşısında görüb əməlli-başlı diksinir, vallah. Elə bilir bu səhnə o casus romanının növbəti yazılmamış səhnəsidir.
***
Aramızdakı bu lal səhnənin ömrü  xeyli uzun görünür mənə. Cəsus romanlarının süjetinə görə, indicə cibimdən tapançamı çıxarıb Seymuru qətlə yetirməliyəm.
– Əllərin titrəməyəcək?
Seymur zarafatmı edir, yoxsa son etirafını? Əvvəlcə bunu anlaya bilmirəm. Kriminal səhnəni davam etdirirəm.
– Yox…
– “AYO”çuların qafasına kontrol atəşini özüm vuracam” etirafını eşitmişdim. Bu səviyyədə qəddarlığına inanmazdım amma. Vur…Qanım haladı. – deyən Seymur, qəfil, hadisələrin estetikasını dəyişib ona hind filmlərinə layiq bir epizod əlavə edir.
– Həmid, qardaş….bilirdim…bilirdim məni darda qoymayıb harda olsa gəlib tapacaqsan. Şükür! Görüşdük axır.
Öpüşüb qucaqlaşıb tarix üçün bir-iki fotomuzu çəkdiririk. Tezliklə ətrafımızda bir xeyli insan toplaşır. Kimi çay süzür bizə, kimi kənarda durub bu tarixi görüşə mane olmamaq istəyir.
Sanki görüşün iştirsakçısı olmaq üçün bizim də yox….göylərin xüsusi icazəsi lazımdı indi.
 
– Dönəcəksənmi geri, Seymur?
– Yox…daha yox…
– Qərarın qətidi?
– Bəli. Əhməd Kaya demiş “Dönəməm”…
Bu vaxt kənardakılardan biri acılarımıza dözməyib telefonundakı mahnını səsləndirir-“Hesabim kalsin mahşere, elimi yikar giderim. Sen zahmet etme yerinden.Gürültü yapmam derinden. Parmaklarin üzerinden, su gibi akar giderim. Köpeklerimden kusumdan, yavrumdan cayar giderim. Senden aldigim ne varsa, yerine koyar giderim”.
Musiqini səsləndirən cığal oğlanla da bax elə burdaca tanış oluram. Yaşar Xudiyev, dünyanı velisopedlə gəzən səyyah. Afrika qitəsini başa-baş gəzmiş bu insanın ana şüarı “Pedallayanda xoşbəxtəm” cümləsidir.
Hara getsə orda ya partlayış törəyəcək, yaxud nəsə bir başqa qalmaqalın yaranma təhlükəsi yaşanacaq.
– Amerikada “Boston marafonu” zamanı çeçen qardaşları Sarnayevlər partlayış törətdiyi vaxt ordaydım. Düyü pişirən makina, içində kora-mismar, böyründə partlayıcı, vəssəlam, ölüm mərmisi hazırdı. Xəstədi bütün çeçenlər. İslamdı onları bu hala salan. İslam!
– Dünyadakı bütün partlayışların şahidi olmaq xoşbəxtliyi görürəm səni heç vaxt tərk edəsi deyil, Yaşar.
Hosteldəki ant-İslam ovqatı, müasir şeyx sənanalarımızın ifasında özünün pik nöqtəsinə qalxıb, day mən buraları tərk edənə qədər səngimək nədi bilmir.
Velisopedistin qlobalist olmağı təbiidir. Elə yazıçı Seymurun da. Pedallayanda, yazanda yaşayırlar, necə deyərlər. Ancaq mən özümü azca yad gördüm bütün bunlara. Hiss etdim ki, Şeyx Sənan əfsanəsinin müasir redaktəsi mənlik deyil bu dəfə.
Qoy bu əsərin müasir qəhrəmanı elə Seymur Baycan olsun. 
 
Həmid HERİSÇİ
Previous Post

(H)O(s)tel otağı: Həmid Herisçinin Tiflis qeydləri – Seymur Baycanla görüş…

Next Post

Pulu olmayanlara güzəşt ediləcək

Bənzər yazılar

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

Next Post

Pulu olmayanlara güzəşt ediləcək

Pulu olmayanlara güzəşt ediləcək

Son xəbərlər

Dünya çempionatı: Zelim Kotsoyev növbəti qələbəsini də ipponla qazandı – YENİLƏNDİ

Dünya çempionatı: Zelim Kotsoyev növbəti qələbəsini də ipponla qazandı – YENİLƏNDİ

09 Oktyabr 2026 - 12:23
Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13
NASA Ayda gizli yeraltı mağarası axtarır

NASA Ayda gizli yeraltı mağarası axtarır

09 Oktyabr 2026 - 12:01
Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

09 Oktyabr 2026 - 11:40
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43
Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

09 Oktyabr 2026 - 10:40
Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

09 Oktyabr 2026 - 10:38
Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

09 Oktyabr 2026 - 10:32
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

09 Oktyabr 2026 - 10:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.