Honq Konq ilk dəfə vəhşi meymunun hücumuna məruz qaldıqdan sonra ölümcül ‘Monkey B’ virusu diaqnozu qoyulan şəxsin xəstəxanada həyat uğrunda mübarizə apardığını açıqlayıb.
Elchi.az xəbər verir ki, South China Morning Post qəzetinin məlumatına görə, Sağlamlığı Mühafizə Mərkəzinin verdiyi açıqlamada, 37 yaşlı kişinin hərarət və huşunu itirmə şikayətləri ilə martın 21-də Tsuen Wan xəstəxanasına yerləşdirildiyi bildirilib.
Fevralın sonunda Kam Şan Milli Parkına səfəri zamanı vəhşi meymunun hücumuna məruz qalan bu şəxsdə onurğa-beyin mayesinin analizi nəticəsində “Monkey B” virusunun müsbət çıxdığı bildirilib.
Açıqlamada sözügedən şəxsin vəziyyətinin hazırda ağır olduğu və müalicəsinin xəstəxananın reanimasiya şöbəsində aparıldığı, iş üzrə araşdırmaların davam etdirildiyi bildirilib.
Şayəstə Hüseynova