Honq-Konqda bir qəssab donuzu kəsə bilməyib ölüb.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, kəsimxanada olan bir kişi heyvanı səs-küylü tapança ilə heyrətə salıb, lakin onu kəsmək istəyərkən donuz ayılıb və qəssabın üzərinə hücum edib. Müqavimət göstərmək istəyən kişi heyvanı öldürməyi planlaşdırdığı baltanın üzərinə düşüb.
Mərhumu qəssabxanada həmkarı aşkar edib. O, polisə müraciət edib, qəssabın meyitini tibb xidməti aparıb. Kişinin ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib.
Şayəstə