Hollandiyanın milli aviaşirkəti KLM, COVID-19 epidemiyasından narahat olan işçiləri üçün Çindən uçuşlarda əlavə tədbirlər görəcək.
Elchi.az xəbər verir ki, yerli medianın məlumatına görə, Hollandiya milli hava yolu şirkəti KLM personalına uçuşlarda FFP2 maskası və yalnız işçilər üçün tualetdən istifadə edə biləcəkləri barədə məlumat verilib.
Qeyd olunub ki, KLM şirkəti tərəfindən görülən əlavə tədbirlər həmkarlar ittifaqları kollektiv adından narahatlıqlarını bildirdikdən sonra baş verib.
Təyyarədə xidmətin daha az “uzun müddətli təmas anları”na uyğunlaşdırılacağı bildirilən xəbərdə, KLM personalının istəsələr qoruyucu eynək taxa biləcəyi ifadə edildi.
Çindən gələn sərnişinlər və işçilər üçün normal maskaların məcburi olduğu paylaşılıb.
Şayəstə